"Simurq": qələbə qazanmağımıza imkan vermədilər

02.11.2013 | 4985 dəfə oxunub

"Simurq" rəhbərliyi Premyer Liqanın 12-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirilən oyunun baş hakimi Ramil Diniyevin idarəçiliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytında oyundan hazırlanan reportaja "Simurq"a qələbə qazanmağa imkan vermədilər" başlığı verilib. Yazının içindəki "Simurq"un narazı qaldığı məqamları təqdim edirik:

* Biz saydığımızı sayaq, görək hakim nələr saydı.

* Oyun başlayar-başlamaz görüşün baş hakimi Ramil Diniyevin həngaməsi başladı. 18-ci dəqiqədə müdafiə xəttində buraxdığımız səhvdən sonra qapımıza penalti təyin etdi. Bundan öncə isə rəqibin meydanın mərkəzindəki sərt oyununa göz yuman referi, Əfranın dəqiq zərbəsindən sonra komandamızı yenidən meydanın mərkəzinə dəvət etdi.

* Əvvəlcə cərimə zərbəsindən sonra ev sahibinin futbolçusunun əlinə dəyən topu görməyən Diniyev, növbəti dəfə Rəşad Eyyubova qarşı cərimə meydançasında rəqibin sərt oyununu penalti ilə cəzalandırmadıqdan sonra, haqq öz yerini tapdı.

* Elvin Məmmədovun komandamızın kapitanı Ruslan Poladova qarşı sərt oyunundan sonra ikinci sarını verməyən baş hakim, ilk hissəni 1:1 hesablı heç-heçə ilə qapadı.

* Komandamız, rəqibi məğlub etmək üçün hər şeyi nəzərə alsa da, görüşün baş hakimini diqqətə ala bilməmişdi. Adi ikili top mübarizəsində belə əleyhimizə qərar verən Diniyev, bu günlük “artist”liyinin pik nöqtəsini 74-cü dəqiqədə elədi. Heç nədən növbəti penaltini qapımıza təyin etdi və Əfrana görüşdə dubl etməsinə imkan yaratdı. Bundan üç dəqiqə sonra artıq qərəzli qərarlardan bezən və oyundan düşən Zaqatala təmsilçisi qapısında üçüncü qolu gördü. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail