Fabio Kapello: “Azərbaycan yığması qapımıza “ofsayd”dan qol vurdu”

02.11.2013 | 3872 dəfə oxunub

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello oktyabrın 15-də Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçının son dəqiqəsində buraxdıqları topun oyundankənar vəziyyətdən vurulduğunu iddia edib. Lent.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində bildirib. Onun fikrincə, Vaqif Cavadovun fərqləndiyi epizodda “ofsayd”ın olduğunu hamı görüb: “Yan xətt hakiminin “ofsayd” qeydə almamasının səbəbi mənim üçün qaranlıq qaldı. Halbuki həmin epizodda qolun oyundankənar vəziyyətdən vurulduğunu hamı gördü”.

Həmin oyunda Azərbaycan yığmasının futbolçusu Maksim Medvedevin qırmızı vərəqə almasından sonra  Rusiya millisi say və hesabda üstünlüyə malik olub. Lakin sonuncu dəqiqədə millimiz bərabərlik qolunu vurmağı bacarıb. Kapello matçın sonlarında qol buraxmalarına rəğmən, pis çıxış etmədiklərini söyləyib: “Biz kifayət qədər təhlükəli vəziyyət yaratdıq və son dəqiqədə top buraxdıq. Bu qolun ofsayddan vurulmasına baxmayaraq, futbolçularıma haqq qazandırmaq niyyətində deyiləm. Nəticə göz qabağındadır”.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçında hesabı ilk yarıda qonaqların kapitanı Roman Şirokov açıb. Lakin sonuncu dəqiqədə Vaqif Cavadov Mahir Şükürovun rəqib qapısı qarşısına ötürməsini başla qola çevirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail