Sadıq Sadıqov: “Bunu “Neftçi”dən gözləmirdim” MÜSAHİBƏ

03.11.2013 | 7999 dəfə oxunub

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun Stadium.Az saytına müsahibəsi:

- Bizim üçün gözəl qarşılaşma oldu, oynadıq və layiqli qələbə qazandıq.

- Komandamdan belə inamlı qələbə gözləmirdim. Naxçıvanda bu komandaya uduzduqdan sonra, futbolçularda psixoloji gərginlik vardı. Yəni Super Kubokdakı məğlubiyyəti heç çür qəbul edə bilmirdilər. Bu gün isə belə böyük hesablı qələbə ağlımıza gəlmirdi. Hardasa 2:1, 1:0 hesablı qalibiyyət planlaşdırırdıq. “Xəzər Lənkəran” “Neftçi”nin əzəli rəqibidir. Bu komandaların oyunu həmişə böyük ajiotajlı olub. Bu gün də şans “Neftçi”nin yanında, biz layiqli qələbə qazandıq.

- Oyundan əvvəl “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov “Xəzər Lənkəran”la matçın sıradan bir təqvim qarşılaşması olduğunu bildirmişdi. Bəs siz necə yanaşırdız?

- Doğurdan da, elədir. Nazim müəllim çox peşəkar məşqçidir, hər oyuna olduqca ciddi yanaşır. Götürək “Simurq”la oyunu. Meydana o qədər arxayın çıxmışdılar ki, boş qapıya da topu vura bilmirdilər. Bax bu oyundakı inamlı qələbə, o “sıradan oyundur” deməsinin nəticəsidir.

- “Neftçi”yə prezident seçiləndən həmişə demisiz ki, ancaq yerli məşqçilərlə işləyəcəksiz. Bu dəfə də sözünüzün üstündə duraraq Nazim Süleymanova etmiad göstərdiz. Niyə məhz Nazim müəllim?

- Nazim Süleymanovu çoxdan tanıyıram. 5-6 ildir onunla çox gözəl münasibətlərimiz vardı. Böyükağa Hacıyev yenə də komandamızdadır. Ancaq özünə vaxt ayırmalıdır ki, səhətində yaranan o problemlər bir daha yaşanmasın. Nazim müəllim 4 ildir milli komandanın baş məşqçisi olan - burada heç kimi bəyənməyən Berti Foqtsun köməkçisi işləyib. Özünüz də gördüz ki, “Neftçi” Naxçıvandakı oyunla müqayisədə, bu gün tam fərqli futbol sərgilədi.

- Nazim müəllim komandada ciddi dəyişikliklər istəsə, ona bu şans yaradılacaq?

- Nazim müəllim komandaya gələndə dedi ki, tam hazır heyətimiz var. 3 il çempion olmuş, Avroliqada oynayan, kubok qazanan bir komandaya gəlib. Ötən mövsümlə müqayisədə heyətdən yalnız Nikolas Kanales gedib. Yerinə Nfor, Platye, Kardoso gəlib. Nfor bu gün qol açılışın etdi, penalti qazandırdı. Məncə oyunu getdikcə daha yaxşı alınacaq. Karlos Kardosoda müdafiədəki inamlı çıxışı ilə bu komandaya layiq olduğunu sübut edir. Platyedə bir qədər problem var. Bu da ondan irəli gəlir ki, Melvin bir qədər özünə qapanan insandır. O, avropa səviyyəli oyunçudur. İnanıram ki, 2 aydan sonra Platye adaptasiya prosesini başa vuracaq. Gənc oyunçudur, qarşıda ondan çox şey gözləyirik.

- Platyenin komandadan göndəriləcəyini demək olar?

- Yox, Melvin “Neftçi”də qalacaq.

- Böyükağa Hacıyevlə Nazim Süleymanov arasında mübahisə olubmu?

- Nazim Süleymanovun “Neftçi”yə gəlişi söhbətini 2 ay əvvəl danışmışdıq. Bizdən möhlət aldı ki, millinin Şimali İrlandiya və Rusiya ilə oyunlarından sonra bu iş baş tutsun. Böyükağa müəllim bu gün yanımdadır, komandanın da heç bir işinə qarışmır. Sözünə düz adamdır, kişi kimi istefa barədə dedi, getdi. Bu gün yanımdadır və lazım olanda, işlərdə mənə kömək edir, suallarımı cavablandırır. Komandaya kim gələcək, kim gedəcək, bu məsələlər “Neftçi”də sırf prezidentin səlahiyyəti daxilindədir. Nazim müəllimə köməkçi lazım idi, Səmədağa Şıxlarovu gətirdi. Bundan sonra özünə yenə köməkçi lazım olduğunu düşünsə, ürəyi istəyən insanı da gətirəcək. Çünki komandanın yükü onun üstündədir, nəticələrə o cavabdehdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail