"Toşak bu məğlubiyyəti həzm edə bilmədi" MÜSAHİBƏ

04.11.2013 | 6107 dəfə oxunub

“Neftçi”nin keçmiş direktoru Güloğlan Cabbarovun Stadium.az saytına müsahibəsi:

- “Neftçi” - “Xəzər Lənkəran oyunu gözlədiyiniz kimi alındı, yoxsa əksi baş verdi?

- Oyun barədə danışmazdan əvvəl deyim ki, Naxçıvanda baş tutan Super Kubokda “Neftçi” yorğun idi. Mahir Şükürov, Araz Abdullayev millidən yeni qayıtmışdılar, yorğunuydular. Rəşad Sadiqov isə meydana xəstə olaraq çıxmışdı. Yorğunluq açıq şəkildə hiss olunurdu. O oyunda “Xəzər Lənkəran”ın böyük istəyi vardı. Meydanın hər yerində mübarizə aparırdılar. Bu da nəticəyə təsir etdi, baxmayaraq ki, üstünlük “Neftçi”də idi. “Xəzər Lənkəran” azlıqda qalsa da, standard vəziyyətdən qol vuraraq oyunu uddu.

“Baksell Arena”da isə hər şey fərqli alındı. “Neftçi” çox yüksək səviyyədə oyun sərgilədi. Böyük istək və revanş hissi var idi. Məncə həmdə qarşılaşmaya gözəl hazırlaşmışdılar. Düzünü desəm,  4:1-i gözləmirdim, hardasa 2:0 olacağını təxmin etmişdim. Hesabın belə böyük olması ağıla baytan deyildi. “Xəzər Lənkəran” zəif olsa belə, həmişə “Neftçi”yə qarşı 5 qat güclə oynayırlar. Bəlkə də Super Kubokdakı oyunun revanşı kimi düşündükləri üçün futbolçular azarkeşlər və klub prezidenti Sadıq Sadıqovun qarşısında özlərini göstərmək istəyirdilər. Bu da, onlarda çox yaxşı alındı.

-  “Xəzər Lənkəran”ın belə danışıb, təslim olması sizcə nəylə bağlı idi?

- Məncə “Xəzər Lənkəran” futbolun oynadı. “Neftçi”nin  futbolçuları onların səhvindən maksimum istifadə etdi.

- “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak oyundan sonra bildirdi ki, yeniyetmələr kişilərə uduzdu. Sizcə bu yanaşma doğrudurmu?

- Toşak oyunçulara olan əsəbindən belə danışıb. Kişilər və yeniyetmələr söhbəti düzgün deyil. Onlar həmişə çempionluğa oynayırlar. Sadəcə Toşak bu məğlubiyyəti  həzm edə bilmədi. Belə danışan idisə Super Kubokda da deyərdi ki, yeniyetmələr kişiləri uddu.

- Nazim Süleymanovun gəlişindən sonra “Neftçi”də hansısa dəyişiklik görünür?

- Mən komandada hansısa dəyişiklik hiss etmirəm. Nazim  Süleymanov yaxşı məşqçidir, yaxşı insandır, amma hələlik dəyişiklik gözə dəymir. Birinci olaraq gərək komanda məşqçini qəbul edə. İnanıram ki, tezliklə bu anlaşma qarşılıqlı olaraq alınacaq. Qarşıda hələ çox oyun var. 1-2 oyunla görə də yeni gələn məşçiyə qiymət vermək, onun işini dəyərləndirmək düzgün deyil. İnanıram ki, Nazim müəllim “Neftçi”ni daha irəli aparacaq, böyük hədəflərə çatdıracaq.

Söhbətləşdi: Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail