AFFA "Şahdağ"ın futbolçusunu 2 illik qovdu

05.11.2013 | 4954 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

31 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Bakı” - “Simurq” matçının 56-cı dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Sənan Bayramov kobud oyuna görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

01 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “İnter” – “Rəvan” matçında “İnter” klubunun 4, “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).

01 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Neftçi” – “Xəzər Lənkəran” oyununun 56-cı dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Yunis Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

02 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

28 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Şəmkir” – “Şahdağ” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 52-ci dəqiqəsində “Şahdağ” klubunun 23 №-li futbolçusu Sərxan Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Matçın 90-cı dəqiqəsində “Şəmkir” klubunun 20 №-li futbolçusu Seyhun Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

02 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Kəpəz” – “Karvan” matçının 81-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).

03 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Ağsu” – “Mil-Muğan” matçının 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elşən Hacıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

03 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Şahdağ” – “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulur və klub 2000 manat cərimə olunur (maddə 38.7).

30 oktyabr 2013-cü il U-19 Liqasının “Simurq” – “Qəbələ” matçının 87-ci dəqiqəsində “Simurq” klubunun 9 №-li futbolçusu Dəyanət Əsilli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

30 oktyabr 2013-cü il U-19 Liqasının “Rəvan” – “Bakı” matçının 36-cı dəqiqəsində “Bakı” klubunun 11 №-li futbolçusu Mahir Mədətov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 42-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Vüsal İsgəndərli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

31 oktyabr 2013-cü il U-16 Liqasının İOEUGİM (Sumqayıt) – “Şahdağ” matçında   İOEUGİM (Sumqayıt) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Adıçəkilən klub 3-cü dəfə oyunlarda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılır (maddə 56).

29 oktyabr 2013-cü il U-15 Liqasının “Rəvan” – “Qəbələ” matçının 52-ci dəqiqəsində “Rəvan” klubunun 15 №-li futbolçusu İlqar Gürşadlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

01 noyabr 2013-cü il U-15 Liqasının “Turan” – “Kəpəz” matçının 65-ci dəqiqəsində “Turan” klubunun 10 №-li futbolçusu Misir Rüstəmov qeyri-etik ifadə işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 67-ci dəqiqəsində “Turan” klubunun 4 №-li futbolçusu Məhərrəm Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

29 oktyabr 2013-cü il U-15 Liqasının “MKT Araz” – “Quba” OK matçının 70+2-ci dəqiqəsində “Quba”OK klubunun 2 №-li futbolçusu Rəsul Ərdəbilli ilə “MKT Araz” klubunun 10 №-li futbolçusu Nəriman Nərimanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

29 oktyabr 2013-cü il U-15 Liqasının “Lokomotiv” – “Bakı” matçının 46-cı dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Hilal Fərmanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

02 noyabr 2013-cü il U-14 Liqasının UGİM (Bərdə) – UGİM (Ağcabədi) matçının 42-ci dəqiqəsində UGİM (Bərdə) klubunun 18 №-li futbolçusu Elzamin Şadmanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

02 noyabr 2013-cü il U-14 Liqasının UGİM (Göyçay) – UGİM (Şamaxı) matçında UGİM (Göyçay) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

02 noyabr 2013-cü il U-14 Liqasının “Kürdəmir” – “Şirvan” matçının 45-ci dəqiqəsində “Şirvan” klubunun 14 №-li futbolçusu Kamran Əhmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

02 noyabr 2013-cü il U-14 Liqasının “Yalama” – “Ləcət” matçının 44-cü dəqiqəsində “Yalama” klubunun 3 №-li futbolçusu Bəhram Mirzəyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

03 noyabr 2013-cü il U-14 Liqasının “Bakı” – AZAL matçının 45-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Kənan Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının “Çinar” (Naftalan) – UGİM (Ağcabədi) matçında “Çinar” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

03 noyabr 2013-cü il Atena U-12 Liqasının “Simurq” – UGİM (İsmayıllı) matçında “Simurq” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

02 noyabr 2013-cü il Atena U-12 Liqasının UGİM (Göyçay) – OİK (Göyçay) matçında UGİM (Göyçay) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

02 noyabr 2013-cü il U-11 Liqasının “Uğur” (Ucar) – OİK (Göyçay) matçında hər iki klub iştirak etmədiyi üçün klublara 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

03 noyabr 2013-cü il U-11 Liqasının ŞKGB – “Quba” OK matçında ŞKGB klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

03 noyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Yol” – “Standard” matçının 23-cü dəqiqəsində “Standard” klubunun 3 №-li futbolçusu Mail Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 noyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Admiral” – “Baku Flames” matçının 27-ci dəqiqəsində “Admiral” klubunun 13 №-li futbolçusu Şıxəli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 noyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Əlincə” – “Yasamal” matçının 24-cü dəqiqəsində “Yasamal” klubunun 5 №-li futbolçusu Aleyman Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 24-cü dəqiqəsində “Yasamal” klubunun 7 №-li futbolçusu Tərlan Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Matçın 26-cı dəqiqəsində “Yasamal” klubunun 4 №-li futbolçusu Cavid Qədimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 noyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “İnci” – “Baku Fire” matçının 46-cı dəqiqəsində “İnci” klubunun 7 №-li futbolçusu Fuad Yusibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 noyabr 2013-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Azercell” – “Kubinka” matçının 36-cı dəqiqəsində “Kubinka” klubunun 7 №-li futbolçusu Həsən Camalzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 noyabr 2013-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Qafqaz” – “Uğur” matçının 21-ci dəqiqəsində “Qafqaz” klubunun 4 №-li futbolçusu Hidayət Cigerxanovla “Uğur” klubunun 14 №-li futbolçusu Səbuhi Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

03 noyabr 2013-cü il həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qaraçala” – “Viləş” matçının 31-ci dəqiqəsində “Viləş” klubunun 5 №-li futbolçusu Elbrus Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 79-cu dəqiqəsində “Qaraçala” klubunun 3 №-li futbolçusu Nazim Mustafayevlə “Viləş” klubunun 10 №-li futbolçusu Akşin Həşimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Matçın 90-cı dəqiqəsində “Qaraçala” klubunun 16 №-li futbolçusu Emil Mehdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail