Arif İsayevlə Saşa Yunisoğlu həftənin komandasında

06.11.2013 | 4976 dəfə oxunub

Həmyerlilərimiz - Saşa Yunisoğlu ilə Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” yenidən gündəmə gəlib. Ancaq bu dəfə yaxşı mənada. Stadium.az xəbər verir ki, həmyerlilərimizin şərəfini qoruduğu klub həftənin komandası seçilib. Buna səbəb isə "Dənislispor"un ötən tur İzmirdə “Karşıyaka”nı uzatma dəqiqələrində vurulan qolla 1:0 məğlub etməsidir. Bununla da Dənizli təmsilçisi TRT Spor telekanalında yayımlanan “PTT 1-ci Liqa” verilişində bu ada layiq görülüb.

Bundan başqa, Fərid Quliyevin məxsus olduğu “Kahramanmaraşspor”un evdə “Tavşanlı Linyitspor”u 4:1 darmadağın etməsi də diqqətlərdən yayınmayıb. Komandanın baş məşqçisi Yılmaz Özləm turun baş məşqçisi, həmin matçda dubl müəllifi olmuş nigeriyalı hücumçu İzu Azuka isə turun oyunçusu seçilib.

Bu matçlarda Saşa Yunisoğlu 90 dəqiqə forma geysə də, Arif İsayev zədə səbəbindən “18-lik”də olmayıb. “Kahramanmaraşspor”da Fərid Quliyev 18 futbolçu arasında olsa da, “Tavşanlı Linyitspor”da Usim Nduka ilə Andrey Popoviç heyətə salınmayıb. Əsas heyət oyunçusu olan Nduka cəzalı olduğundan, bu dəfə forma geyməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail