12-ci turun rəmzi komandası məlum oldu

06.11.2013 | 4348 dəfə oxunub

Topaz Premyer Liqasında 12-ci turun rəmzi komandası məlumdur. Stadium.Az xəbər verir ki,  "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən turun ən yaxşı 11-liyinə aşağıdakı futbolçular daxil olub:

Qapıçı: Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), İqor Mitreski (Neftçi), Mahir Şükürov (Nefçti)
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Rəşad Sadiqov (Neftçi), Sadio Tounkara (Xəzər Lənkəran), Flavinyo (Nefçti)
Hücumçular: Nikolas Gelaşvili (Qarabağ), Rauf Əliyev (Bakı)

Topa sahib olmada və dəqiq ötürmələrin sayında paytaxtın “İnter” klubu fərqlənib – 36 dəqiqə. Hücumların sürətinə görə isə Zaqatalanın “Simurq” və Ağdamın “Qarabağ” klubları öndədir. Hücum sayına görə “Bakı” klubu ilk pillədədir. “İnter” və “Xəzər Lənkəran” rəqib qapısına hamıdan çox – 16 zərbə endirib.

“Sumqayıt” klubunun futbolçuları bu tur 6 dəfə oyundan kənar vəziyyətə düşüb. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Xəzər Lənkəran”dır.

“Qəbələ” ilə oyunda iki qol vuran və bir qol ötürməsi edən Nikolas Gelaşvili Topaz Premyer Liqasında 12-ci turun ən yaxşı oyunçusudur. Onun komanda yoldaşı Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçudur. “Qəbələ”nin hücumçusu Daniel Subotiç hava mübarizələrində hamıdan uğurlu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail