Mövsümün “sülhsevər” turu

12.11.2013 | 4139 dəfə oxunub

Topaz Premyer Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, baş tutan 5 qarşılaşmadan 4-ü heç-heçə ilə başa çatıb. Yalnız “Neftçi”nin qələbə qazandığı turda uduzan tək komanda “Bakı” olub. Paytaxt derbisində “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Digər oyunlardan AZAL –“Qarabağ” və “Rəvan” – “Sumqayıt” görüşləri eyni 1:1 hesabı ilə başa çatıb. “İnter”lə “Simurq”, həmçinin “Xəzər Lənkəran”la “Qəbələ” isə meydanı qol vurmadan tərk edib.

Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur. Bunadək 7-ci və 8-ci turlar hərəsi 3 heç-heçə ilə daha “sülhsevər”olmuşdu.

Azərbaycan çempionatları tarixinə nəzər salsaq sonuncu belə hadisə ötən mövsümün startında qeydə alınıb. 2012/13 mövsümünün 1-ci turunda baş tutmalı olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki turun təxirə salınan yeganə matçı da sonradan “sülh”lə nəticələnib. Bir sözlə, turun 6 matçından 5-də heç-heçə başa çatıb.

2012/13 mövsümü

1-ci tur

04.08.2012

Simurq (Zaqatala) - Qəbələ

1:1

04.08.2012

Sumqayıt - AZAL (Bakı)

2:2

04.08.2012

Kəpəz (Gəncə) - Turan (Tovuz)

1:2

05.08.2012

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:1

05.08.2012

Rəvan (Bakı) - Xəzər Lənkəran

1:1

1-ci turun təxirə salınan oyunu

18.12.2012

Neftçi (Bakı) - Bakı

1:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail