"Qəbələ"nin futbolçusu 1 aylığına sıradan çıxdı

12.11.2013 | 4745 dəfə oxunub

Premyer Liqanın XIII turu çərçivəsində keçirilən "Xəzər-Lənkəran"-"Qəbələ" (0:0) matçı "qırmızı-qaralar"ın 2 futbolçusunun - İbrahima Niasse və Ürfan Abbasovun zədələnməsi və bu səbəbdən oyunu davam etdirə bilməməsi ilə yadda qaldı. Stadium.az xəbər verir ki, matçın ardından müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. Bu barədə  məlumat verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfan Abbasovun bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib. Məhərrəmov bərpa prosesi keçən digər zədəlilərin də durumuna aydınlıq gətirib: "Müayinələrdən sonra məlum oldu ki, Niassenin zədəsi yüngüldür. O, növbəti oyunda iştirak edə bilər. Amma Ürfan Abbasovun durumu ciddidir. Onun topuq bağları qopub. Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Omar Kalabane və Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur".

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail