"Neftçi"nin futbolçusuna 4, "Bakı"nın oyunçusuna 3 oyunluq cəza

12.11.2013 | 4692 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqa klublarıyla yanaşı, əvəzedicilərin çempionatı I dvizyon komandaları da cəza və cərimələrə məruz qalib. Stadium.az xəbər verir ki, bununla bağlı aşağıdakı qərarlar qəbul edilib: Əvəzedici heyətlərin XIII turunun AZAL –  “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XIII turunun “Neftçi” –  “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 23 №-li futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun IX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun IX turunun “Araz Naxçıvan” – “Bakılı” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun IX turunun “Turan-T” – “Şuşa” matçının 89-cu dəqiqəsində “Şuşa” klubunun 25 №-li futbolçusu Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan I Divizionunun IX  turunun “Karvan” – “Lokomotiv” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionuunn IX  turunun “Göyəzən” – “Şahdağ” matçının 63-cü dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail