Estoniya yığması millimizlə oyuna ciddi itkilərlə çıxacaq

14.11.2013 | 4570 dəfə oxunub

Futbol üzrə Estoniya milli komandası noyabrın 15-də Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə optimal heyətlə çıxmayacaq. Lent.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Tarmo Rüytli oyunöncəsi mətbuat konfransında açıqlama verib. O, xüsusən müdafiə xəttindəki problemlərdən şikayətlənib. Rüytli bildirib ki, aparıcı oyunçulardan kapitan Raqnar Klavan, eləcə də digər mərkəz müdafiəçiləri İqor Morozov, Rayo Piyroya və “Neftçi”nin sabiq üzvü Taavi Ryahn zədə səbəbindən çıxış etməyəcək. Baş məşqçi əvəzində 3 oyunçudan yararlana bilər ki, onlardan 2-si – Artyom Artyunin və Karol Mets debütantdır. İngiltərənin səviyyəcə 4-cü çempionatında çıxış edən “York Siti”nin yarımmüdafiəçisi Sander Puri də millimizlə matçı buraxacaq. Klubu Purini yığmaya noyabrın 16-da buraxacaq. Qeyd edək ki, Tallindəki “A.Le Koq Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Oyunun biletləri 5 - 10 avro aralığında olacaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail