Millimizin futbolçusu terrorçu qardaşından danışdı
Azərbaycan millisinin sabiq üzvü Şamil Lahiyalov Rusiya mətbuatına geniş müsahibə verib. Stadium.az xəbər verir ki, şəxsi həyatından da danışan Şamil terrorçu qardaşından da bəhs edib: “Heç kimi mühakimə etmək istəmirəm. Hərənin öz yolu var. Qardaşım Murad da bu yolu seçdi. Bizim heç nədən xəbərimiz yox idi. O, nə işlə məşğul olduğunu demirdi. Bizi qorumaq üçün edirdi. Bilirdi ki, hər an onun arxasınca gələcəklər. 2005-ci lin oktyabrında binaların birində mühasirəyə düşdü. Polis və hərbiçilər içəri girməzdən əvvəl evə zəng edib. Mən məşqdə idim. Anam və kiçik qardaşımla danışıb, vidalaşıb. Onun sözləri belə olub: cənnətdə görüşərik. Ondan sonra atışma başlayıb. Dağıstanlı gənclər indi də meşələrə gedib, terrorçulara qoşulurlar. Bu işin sonunu görmürəm. Elə bir ailə yoxdur ki, bundan əziyyət çəkməsin. Qardaşın və ya oğlun getməyibsə, uzaq qohumlarından kimlərsə mütləq gedib. Adətən həmin adamlar öləndən sonra ətraflı məlumat üzə çıxır. “Dağdizel”in futbolçusu Rimixan Ziyadovla da bu cür olmuşdu”.
Dağıstanlı olan Şamil vaxtilə Azərbaycanın U-17 millisində, eləcə də, “Anji”, “Saturn”, “Terek” və “Şəfa”da oynayıb. Son klubu isə “Krılya Sovetov” olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |