Elçin Məmmədov yenə "bombaladı" MÜSAHİBƏ - ÖZƏL

18.11.2013 | 7075 dəfə oxunub

Bir müddət əvvəl Premyer Liqada hakimlikdən imtina edən, hazırda isə futzalda FİFA referisi olan Elçin Məmmədovun Stadium.az saytına müsahibəsi:

- Bizdə olan məlumata görə, Berti Foqts daha iki il milli komandada qalacaq. Səncə düzgün qərardır bu?

- Berti Foqts Azərbaycan futboluna nə verdi ki, indi də onunla müqaviləni uzadırlar?! Absurd qərardır.

- Bunu sənin “dostun” Elxan Məmmədov isdəyir...

- Axı Elxan Məmmədov kimdir ki, Foqtsla müqavilə bağlasın? Bu iş onun səlahiyyətində deyil. Elxan və onun komandası belə piyar işləriylə Rövnəq Abdullayevin gördüyü işlərə kölgə salırlar. Foqtsun millidə qalıb-qalmayacağına ancaq İcraiyyə Komitəsi qərar verə bilər.

- Axı özün də yaxşı bilirsən, İcraiyyə Komitəsi formallıqdan başqa bir şey deyil...

- Futbolumuzun inkişaf etməməyinin səbəbi odur ki, AFFA-da Müdafiə Nazirliyindəkindən daha çox adam işləyir. Bu adamların da 95 faizinin futbola heç bir aidiyyatı yoxdur. 3-4 nəfər veteran futbolçunu saxlayıblar AFFA-da, hər ay təqaüd kartlarına 5-10 manat pul keçirdirlər, onlarda danışmır, Elxan Məmmədov da İcraiyyə Komitəsində istənilən kimi hərəkət edir. İş Foqtsla da bitmir. Mourinyonu, Kapellonu, Erikssonu gətir, yenə də heç nə olan deyil. Bunun üçün əvvəlcə klublar çalışmalıdır. Klublardan da “Qarabağ” və “Qəbələ”dən başqa heç biri futbolun inkişafı üçün işləmirlər. Özləri yaxşı bilirlər nəyə xidmət edirlər.

- Millinin Estoniya ilə oyununa baxdız?

- Estoniyada 1.9 milyon əhali yaşayır. Son statistikaya görə də, bunun cəmi 700 mini kişidir. Əhalisinə görə bizdən 5 dəfə kiçikdirlər. Belə bir ölkənin futbolçuları bizimlə tək qapıya futbol oynayırsa, hansı millidən, hansı inkişafdan danışır bunlar?

- Səncə Qırğızıstanla oyun lazim idi?

- Azərbaycan xalqını aldadırlar. Elə bilirlər ki, belə rəqibləri udub reytinq xalı qazanacaqlar, amma bunu da bacarmırlar. Bunların işi komediyadır e...

- Premyer Liqada hakimliyə qayıtmaq fikrin yoxdur?

- Hakimlikdən öz ərizəmlə getmişəm. Qayıdası olsaydım, heç getməzdim. İndi başım biznes işlərinə qarışıb, düzü, bu barədə heç düşünmürəm də.

- Premyer Liqada hakim səhvləri yenə də davam edir...

- Amma bir-birini əvəz etmir. Mən deyərdim ki, Azərbaycan futbolunda ən yuxarıda duran elə hakimlikdir. Hakimliyin səviyyəsi klublardan çox yüksəkdir. Süni meydançalar tikdirməklə futbol inkişaf etmir.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail