Ağasəlim Mircavadov: "Çox acınacaqlı nəticədir"

20.11.2013 | 5242 dəfə oxunub

Azərbaycan millisi son iki yoxlama oyunundan qələbə çıxarda bilmədi. Millimiz əvvəlcə Estoniyaya uduzdu (2:1), sonra da Qırğızıstanla qolsuz bərabərə qaldı. Stadium.az saytına açıqlamasında millimizin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov bu oyunlara münasibət bildirdi: “Oyunlara baxmadığım üçün şərh verməyim çox çətindir. Buna baxmayaraq bizim kimi milli komanda ayda bir yoxlama oyunu keçirtməlidir. Mən bunu 1993-cü ildən demişəm. Oyun praktikasını, inkişafını artırmaq üçün belə olmalıdır. 15 və 19-da baş tutan oyunlar FİFA  günlərinə aiddir və reytinq xalı gətirir. Bunları daha əvvəlcədən danışırlar, çünki bilinir ki, hansı oyunlarda FİFA reytinq xalı verir. Estoniya da bizim kimi komandadır. Heç bir uğurları yoxdur, amma stabil futbol oynayırlar. Qırğızıstanda məlum məsələdir. Onları udmamaq çox acınacaqlı nəticədir. Oyuna baxmamışam, amma Foqts deyib ki, qırğızlarla oyunun son 20 dəqiqəsində yaxşı oyun göstəriblər. Buna nə demək olar ki?! Yaxşı oyun göstərmək lazımdır, belə olanda xal da gələcək. Təəssüf ki, nə yaxşı oyun var, nə də xal. Bilidiyimə görə millinin aktivindən 44 reytinq xalı silinib. Şox pis nəticədir bu. Biz belə rəqibləri udmalıyıq ki, reytinqimizi artıraq və daha güclü milli komandalar yığmamaızla oynamaqda maraqlı olsun. O ki qaldı Foqtsun millidə qalıb, qalmayacağına, bunu nə siz həll edirsiz, nə də mən. AFFA İcraiyyə Komitəsi bu barədə bir qərar verəcək”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail