Hafiz Məmmədov İbrahimoviçlə Falkaonu alır?

21.11.2013 | 4780 dəfə oxunub

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa “Lans”ının hədəfləri barədə danışıb. Stadium.az xəbər verir ki, azərbaycanlı iş adamı “Canal+”ə müsahibəsində “Lans”ı I Liqadan yüksək liqaya qaytarmaq niyyətində olduğunu bildirib.

“Bakı”nın prezidenti “Lans”a hələlik 20 milyon avro investisiya qoyub. Lakin o, öz məqsədinə çatmaq üçün “pul kisəsinin ağzını daha geniş açmağa” hazırdır: “Biz Fransanın elit liqasına qayıtmalıyıq. Ən yaxşı olmağa can atırıq. Bu səbəbdən, “Lans”a sərmayə qoymalıyıq. Necə lazımdırsa, klubu maliyyələşdiririk”.

Hazırda Fransada PSJ və “Monako” klubları da əcnəbi iş adamları tərəfindən maliyyələşdirilir. Dünyanın ən güclü futbolçularından Zlatan İbrahimoviç PSJ, Radamel Falkao isə “Monako”da çıxış edir. Məmmədov da supertransferlər etməyə hazır olduğunu bildirib: “Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq”.

“Lans” Fransa çempionatının II Liqasında 14 turdan sonra 3-cü pillədə qərarlaşıb və lider “Mets”dən cəmi 4 xal geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail