Hafiz Məmmədov Lansda "Bakı"nın futbolçularıyla görüşdü FOTOLAR

24.11.2013 | 12647 dəfə oxunub

Fransada işgüzar səfərdə olan "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Lansda təlim-məşq toplantısı keçirən gənc futbolçularımızla bir araya gəlib. Stadium.az xəbər verir ki, Məmmədov "Bakı"nın   U-15 komandasının üzvləri ilə görüşərək, onlara qiymətli hədiyyələr təqdim edib.

Fransa 2-ci liqasının "Lans"-"Şatoru" (2-0) oyununu fəxti tribunada izləyən klub prezidenti oyun başa çatdıqdan sonra 2 həftə ərzində bu şəhərdə təlim-məşq topnatısı keçən gənc futbolçularla görüş keçirib. "Lans" klubunun təlim-məşq bazasında baş tutan toplantıya qatılan Hafiz Məmmədov 15 yaşlı oyunçuların səfər barədə fikirlərini soruşub. Eşitdiklərindən məmnun qalan prezident bu günlər ərzində futboçularla hazırlıq keçən fransalı məşqçi Herve Arsenə təşəkkürünü bildirib:

"Biz bu ölkəyə futbol fəlsəfəsini mənimsəməyə gəlmişik. Artıq iki komandamız "Lans"ın bazasında təlim-məşq toplantısı keçib. Bunun ardı gələcək.

Biz tək klubumuz deyil, həm də Azərbaycan milli komandası üçün layiqli, rəqabətədavamlı futbolçular yetişdirməliyik. Bu baxımdan "Lans"la əməkdaşlıq əvəzsizdir. "Lans" klubunun rəhbərliyinə, məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, bu uşaqların içindən səviyyəli futbolçular yetişəcək və onlar ölkəmizi dünya meydanlarında layiqincə təmsil edəcəklər"

Biz bu yolun başlanğıcındayıq. İrəlidə görüləcək çox işlər var. İlk addımların uğurlu alınması məni çox sevindirir. Hər birinizə gələcək fəaliyyətinzdə uğurlar arzulayıram".























Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail