Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"da

25.11.2013 | 5517 dəfə oxunub

Daha əvvəl “Xəzər Lənkəran”ın baş məşqçisinin Türkiyəli mütəxəssis Mustafa Dənizli olacağı barədə xəbər vermişdik. Staium.az xəbər verir ki, artıq bu məsələ rəsmən həllini tapıb. "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovda bildirib ki, komandasını Dənizli çalışdıracaq.

64 yaşlı türkiyəli məşqçinin karyerasını diqqətinizə çatdırırıq: 


Futbolçu kimi uzun illər “Altay”da (1966-1983) çıxış edən Dənizli “Qalatasaray”da (1983-84) oynadıqdan sonra karyerasını bitirib. Türkiyə millisində 10 oyunda 2 qol vuran sabiq hücumçu məşqçilik karyerasına “Qalatasaray”da başlayıb. 1987-89 və 1990-92-ci illərdə bu klubu çalışdıran mütəxəssis Türkiyə yığması (1996-2000), “Fənərbaxça” (2000-01), “Beşiktaş” (2008-10) kimi komandalara da rəhbərlik edib. Bundan başqa, bir sıra Türkiyə və xarici klublarda çalışan Dənizlinin son komandası bu il ayrıldığı “Çaykur Rizəspor” olub.

Maraqlıdır ki, Mustafa Dənizli çalışdırdığı hər üç İstanbul nəhəngi ilə ölkə çempionu olan yeganə məşqçi kimi də tarixə düşüb. 1988-ci ildə “Qalatasaray”, 2001-də “Fənərbaxça”, 2009-cu ildə isə “Beşiktaş” onun rəhbərliyi ilə Super Liqa çempionu olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail