Mustafa Dənizli Gökhan Güləçi "Xəzər Lənkəran"a qaytarır? RƏSMİ AÇIQLAMA

26.11.2013 | 5896 dəfə oxunub

Bir müddət əvvəl “Xəzər Lənkəran”dan ayrılan Gökhan Güləç həmyerlisi Mustafa Dənizlinin köhnə komandasına baş məşqçi təyin edilməsinə mnasibət bildirib. Stadium.az xəbər verir ki, futbolçu bu təyinata çox təəccüblənib: Mustafa Dənizlinin “Xəzər Lənkəran”a baş məşqçi gələcəyini eşidəndə təəccübləndim. Hətta təəccüblənmək nədi, şoka düşdüm! Halbuki, milli komandaya namizədlər arasında idi. Bildiyiniz kimi, Fatih Terim, Şenol Günəş və Dənizli Türkiyənin ən böyük məşqçiləridir. Vallah, “Xəzər Lənkəran” Mustafa hocanı necə komandaya gətirməyə razı saldı, çox təəccübləndim.

Dənizlinin “Xəzər Lənkəran”da işləməyə razılıq verməsindən aydın olur ki, ona çox böyük vədlər verilib. Bu, pulla həll olunacaq bir iş deyil. Deməli, bu məsələdə Mübariz bəyin nüfuzu var. Onun xahişi Dənizlinin razı olmasına səbəb olub. Mustafa hocaya bir kisə pul da versən, gəlməz. Çünki onun pula ehtiyacı yoxdur.

Mən “Beşiktaş”dan ayrıldıqdan sonra Dənizli bu kluba baş məşqçi gəlib komandanı çempion etdi. Ancaq məni futbolçu kimi tanıyır. İdmana dair yazılardan oxuyurdum ki, mənim haqqımda yaxşı şeylər söyləyirdi. Mən orda qalsaydım, daha yaxşı olardı (gülür). Ancaq xeyirlisi...

Bundan sonra yenidən “Xəzər Lənkəran”a geri qayıtmaq düzgün olmaz. Bəlkə onun da özünə görə düşüncələri var. Üstəlik, daha öncə onun rəhbərliyi altında oynamamışam. Ona görə də bu, çətin bir ehtimaldır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail