"Xəzər Lənkəran" rəsmisi rəsmən açıqladı: Duqlas gedir, yoxsa qalır?

27.11.2013 | 11256 dəfə oxunub

Bir qədər əvvəl xəbər vermişdik ki, "Xəzər Lənkəran" qapıçısı Duqlas Leyte ilə yollarını ayırır. Daha doğrusu, braziliyalı qapıçı komandadan gedir. Bu məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Stadium.az saytına açıqlama verdi. Klub rəsmisi Duqlasın komandada qala biləcəyini də sözlərinə əlavə etdi: “Duqlas Leyte ilə klub arasında olan müqavilə yanvarda başa çatır. Biraz əvvəl özüylə danışdım, mənə dedi ki, “Xəzər Lənkəran”dan getmək istəməsiylə bağlı heç bir yerə açıqlama verməyib. Duqlas Leyte komandada qala da bilər. Çünki yeni baş məşqçi Mustafa Dənizli hələ onun oyununu görməyib. Ola bilsin ki, oyununa baxdı, bəyəndi. Duqlas peşəkar futbolçudur, ona yeni müqavilə təklif olunsa yəqin ki, komandada qalacaq. Bununla yanaşı onun ailə problemi də var. Duqlas ailəsini Bakıya gətirmişdi, 2 ay burada yaşasalar da, mühitə uyğunlaşa bilmədilər və vətənlərinə döndülər. Buna baxmayaraq, hər şey əvvəlcə Mustafa Dənizlidən, sonra da Duqlas Leytedən aslı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail