Samir Abbasov: "Hakimə qarşı pis rəftar etdim"

03.12.2013 | 3403 dəfə oxunub

“Sumqayıt”ın futbolçusu Samir Abbasov İntizam Komitəsinin haqqında çıxardığı 4 oyunluq cəza ilə bağlı fikirlərini bildirib. Stadium.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu XV turda keçirilən “Sumqayıt” –“Neftçi” matçının baş hakimi Fariz Yusifovun idarəçiliyinin bərbad olduğunu deyib: “Qərarın nə qədər ədalətli və ya ədalətsiz olması barədə bir söz deyə bilmərəm. Çünki qanunu bilmirəm. Ola bilər ki, hakimi söymək 4 oyunluq cəza ilə ölçülür. Ancaq kobudluq etdiyimi boynuma alıram.  Bəli, hakimə qarşı pis rəftar etdim. Məni buna elə Farizin özü vadar etdi. Çox bərbad oyun  idarə edirdi. Futbolçulara qarşı davranışını, verdiyi qərarları başa düşmək mümkün deyildi. Əgər soruşsaz ki, peşmansan bu hərəkətinə görə, cavabım hə olacaq. Çünki komandamda oyunçu qıtlığı olduğu bir məqamda hisslərimi cilovlaya bilmədim. Ancaq sırf hakimə qarşı etdiyim rəftara görə peşman deyiləm”

Topaz Premyer Liqasının Xv turu çərçivəsində keçirilən "Sumqayıt"- "Neftçi" matçında "Sumqayıt"ın futbolçusu Samir Abbasov baş hakim Fariz Yusifonu təhqir edib. Bu hərəkətinə görə futbolçu İntizam Komitəsi tərəfindən 4 oyunluq cəza alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ