Yuri Syomin üçün növbəti debüt

03.12.2013 | 4441 dəfə oxunub

Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir matçdan ibarət mərhələdə qalib gəlib 1/4 finala yüksəlmək yolunda “Qəbələ” sabah - dekabrın 4-ü “Mil-Muğan”la qarşılaşacaq. Görüşün nominal meydan sahibi İmişli təmsilçisi olsa da, qarşılaşma Qəbələdə keçiriləcək. 

"Qırmızı-qaralar” 9-cu dəfə kubok uğrunda mübarizəyə qoşulacaq. İndiyədək 3 dəfə 1/8, 3 dəfə 1/4, 2 dəfə 1/2 finalda çıxışını dayandıran komanda ardıcıl 3 ildir ən yaxşı 8 komanda sırasında yer alır. 

I divizionda çıxış edən “Mil-Muğan”la görüş “Qəbələ”nin Premyer Liqada çıxış etdiyi vaxt aşağı dəstə təmsilçilərinə qarşı 8-ci dueli olacaq. Komanda əvvəlki görüşlərin hamısında qalib gəlib və top fərqində böyük üstünlük əldə edib – 22:2. Son 6 belə matçda “birincilər” qol da vura bilməyib.

2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2
2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0
2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi-İSM (Bakı) 2:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
2012/13 28.11.2012 1/8 final Qəbələ - Qaradağ Lökbatan 2:0

Son 2 mövsümdə kubokda mübarizəni məğlubiyyətsiz başa vuran “Qəbələ” artıq 6 oyundur yenilmir. “Qırmızı-qaralar” sonuncu dəfə 2011-ci il  martın 8-də 1/4 final mərhələsinin “Bakı” ilə səfər qarşılaşmasında uduzub – 0:1.

Dekabrın 4-də baş tutacaq matç həm də Yuri Syominin Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. “Qəbələ”nin baş məşqçisi postunda əvvəl yoxlama oyununda qeyri rəsmi, sonra Topaz Premyer Liqasında rəsmi debüt edən rusiyalı mütəxəssis bu dəfə kubokda ilk matçda iş başında olacaq. Bununla da Syomin “Qəbələ”nin ölkə kubokundakı 5-ci çalışdırıcısı olacaq. İndiyədək bu yarışda 33 matça çıxan “qırmızı-qaralar” 4 məşqçinin rəhbərliyi altında çıxış edib. 

Ramiz Məmmədov  21   9   6   6   22-22   33
Faiq Cabbarov         6    4   1   1   17-3      13
Fatih Kavlak            3    1   2   0     5-2        4
Toni Adams              3    1   1   1    2-1        4
Cəmi                        33 15 10  8  46-28     55


Syomin futbolçu kimi 1 dəfə SSRİ, baş məşqçi kimi 4 dəfə Rusiya kubokunun qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail