Klublarımız UEFA reytinqində gerilədi

03.12.2013 | 4972 dəfə oxunub

UEFA klubların son beş mövsümü üçün yeni reytinq cədvəllərini açıqlayıb. Stadium.az xəbər verir ki, cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycanın 7 klubu yer alıb.

Bu mövsüm Avroliqanın pley-off mərhələsinə qədər irəliləyən Qurban Qurbanovun komandası 453 komanda arasında 202-ci pillədə qərarlaşıb. Ötən reytinq siyahısı ilə müqayisədə 3 pillə geriləyən Ağdam təmsilçisindən sonra ən yaxşı göstərici "Neftçi"yə məxsusdur.

Son Azərbaycan çempionu 15 pillə geriləyərək 214-cü yerdə qərarlaşıb. Reytinq siyahısında Azərbaycanın digər təmsilçilərindən “İnter” 285-ci (-9), “Bakı” 288-ci (-9), “Xəzər Lənkəran” 306-cı (-7), AZAL 378-ci, “Simurq” isə 379-cu yeri tutur.

Ümumilikdə siyahıya 141.971 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. Çempionlar Liqasının son qalibi “Bavariya” ikinci, Madridin “Real” klubu isə üçüncüdür.

Cari mövsüm isə UEFA reytinqində Azərbaycanın 4 klubu yer alıb. Burada da ən yaxşı göstərici "Qarabağ" klubuna məxsusdur. Ağdam təmsilçisi bir pillə geriləyərək 101-ci pillədə qərarlaşıb. Digər klublarımızdan - "Neftçi", "Xəzər Lənkəran" və "İnter"in mövqeyində heç bir dəyişiklik olmayıb. Belə ki, "Neftçi" 130-cu, "Xəzər Lənkəran" 173-cü və "İnter" 174-cü pillələrdəki mövqelərini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail