Necati Atəş "Xəzər Lənkəran"a gəlməsindən danışdı MÜSAHİBƏ

10.12.2013 | 5754 dəfə oxunub

Türkiyənin "Eskişehirspor" klubunun futbolçusu Necati Ateş Futbolxeber.az saytına eksklüziv müsahibə verib. 
 
- Necati bəy, salam. Sizi Azərbaycandan narahat edirik. 
- Buyurun, eşidirəm. Amma çox qısa xahiş edirəm. Bir neçə dəqiqədən sonra məşqə çıxmalıyam. 
- Son günlərdə həm Türkiyə, həm də Azərbaycan mətbuatında adınız "Xəzər Lənkəran"la yanaşı hallanır...
- Bu haqda məlumatım var. Amma yalnız mətbuat vasitəsi ilə. Ortada konkret heç nə yoxdur.
- "Xəzər Lənkəran"dan kimsə sizinlə əlaqə saxlayıb?
- Yox. İndiyə qədər nə mənimlə, nə menecerimlə, nə də klubumla "Xəzər Lənkəran" tərəfindən heç kim əlaqə qurmayıb. Dediyim kimi, bu haqda mən də yalnız mətbuatdan oxumuşam. 
- Bəs, təklif gəlsə qəbul edərsiniz?
- Futbol ehtimalları sevmir. Ona görə də indidən nəsə dəqiq bir söz demək çətindir. Həm də bu təkcə məndən asılı olan məsələ deyil. "Eskişehirspor"la hələ 1,5 illik müqaviləm var. Klubu tərk etməyim üçün ilk növbədə rəhbərlik tərəfindən razılıq verilməlidir. Əgər, şərtlər uyğun olsa niyə də yox? Sevə-sevə Azərbaycana gələrəm.
- Yəqin ki, "Xəzər Lənkəran"ı Mustafa Dənizlinin çalışdırmasından xəbərdarsınız?
- Əlbəttə. Mustafa hoca çox dəyərli bir insandır. Onun rəhbərliyi altında oynamağı hər bir futbolçu istər. Mustafa Dənizlinin çalışdırdığı komandada oynamaq mənim üçün də şərəf olardı. 
- Deməli, Azərbaycan İspaniyadan sonra legioner həyatı yaşayacağınız ikinci ölkə olacaq...
- Tələsmə (gülür). Əvvəl təklif gəlsin, "Eskişerhispor" razılıq versin, şərtlərdə razılaşaq, sonrası asandı.Bir daha təkrar edirəm ki, şərtlər uyğun olsa, böyük məmuniyyətlə Azərbaycanda çıxış edərəm. 
- Azərbaycan futbolu haqda hansı məlumatlarınız var?
- Bilirəm ki, son zamanlar Azərbaycan futbolu inkişafdadır. Çempionatın səviyyəsi qalxır. Mustafa Dənizli kimi məşqçinin Azərbaycanda çalışması çox şey deməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail