Hafiz Məmmədov ilin idman xadimi seçildi

17.12.2013 | 7522 dəfə oxunub

İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri” layihəsi çərçivəsində keçirdiyi sorğuya yekun vurulub. 7 nominasiya üzrə 2013-cü ilin ən yaxşılarının seçimi məqsədilə sorğuya Azərbaycanın 34 KİV-ini təmsil edən idman jurnalistləri qatılıblar.

Son nəticəyə əsasən “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov “İlin idman xadimi” seçilib. Klubumuzun daha bir üzvü də mükafata layuq görülüb. “Bakı” futbol klubu və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev ilin futbolçusu elan olunub.

İdman jurnalistləri seçimlərində hər nominasiya üzrə biri olmaqla, ən yaxşı saydıqlarının adlarını göstəriblər. Səsvermənin yekununda “İlin əcnəbi futbolçusu” nominasiyasında Ağdamın “Qarabağ” futbol komandasının yarımmüdafiəçisi Reynaldo Dos Santos Silva aşkar üstünlüklə fərqlənib. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov “İlin idman xadimi”, şahmat üzrə Azərbaycanın kişilərdən ibarət millisi “İlin komandası”, “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov “İlin baş məşqçisi” nominasiyasında ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb.

Qalan 3 sorğu üzrə səsvermədə gərgin rəqabət yaşanıb. Stadium.az xəbər verir ki, yekunda “İlin futbolçusu” nominasiyasında “Bakı” klubunun qapıçısı Kamran Ağayev, “İlin idmançısı” nominasiyasında cüdo üzrə dünya çempionu Elxan Məmmədov qalib olub. “İlin idman jurnalisti” nominasiyasında isə “Azad Azərbaycan” telekanalının idman şərhçisi Sənan Şəfizadə qalib elan olunub.

1. İlin idman xadimi – Hafiz Məmmədov (“Bakı” futbol klubunun prezidenti) 2. İlin idmançısı – Elxan Məmmədov (cüdo) 3. İlin futbolçusu – Kamran Ağayev (“Bakı”) 4. İlin əcnəbi futbolçusu – Reynaldo Silva (“Qarabağ”) 5. İlin komandası – Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi 6. İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”) 7. İlin idman jurnalisti – Sənan Şəfizadə (ATV).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail