Ermənistan mətbuatı da Hafiz Məmmədovdan yazdı

18.12.2013 | 4664 dəfə oxunub

Heç vaxt Azərbaycanın uğurlarını gözü götürməyən ermənilər Hafiz Məmmədovun “Lans”a sahib çıxmasından sonra daha da fəallaşıblar. Stadium.az xəbər verir ki, ölkəmizin Fransada mövqeyinin güclənməsindən təşvişə düşən bədnam qonşularımız hər fürsətdə anti-Azərbaycan təbliğatı aparır, uğurlarımıza kölgə salmağa çalışırlar. Bəzi sapı özümüzdən olanlar bunu qəbul etmək istəməsə də, H.Məmmədovun ermənilərin ən sıx məskunlaşdığı Fransada “Lans” kimi köklü klubu alması böyük hünər tələb edir. Elə erməni icmasını narahat edən də budu. Buna görə də gündə bir xəbər yaymaqla azərbaycanlı iş adamının nüfuzuna xələl gətirmək istəyirlər. Bir müddət öncə bəzi ermənipərəst mətbu orqanlar Hafiz Məmmədovla bağlı təzadlı yazılar yazmışdı. “Panorama.am”ın “Fransız azarkeşlər azərbaycanlı oliqarx və klub sahibinə qarşı istintaq başladılmasını tələb edirlər” başlıqlı xəbərinin əsas hədəfi də Hafiz Məmmədovdu: “Azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun şəriki Hafiz Məmmədov Fransa ədalət məhkəməsi ilə üzləşə bilər. O, bizə danışmalıdı ki, Fransanın əfsanəvi klubunu hansı pullarla satın alıb. Hafiz Məmmədov hələ də “sevimlimiz” olaraq qalmaqdadı. O, vicdan əzabı çəkmədən vəsaitini öz piarı üçün xərcləyir. “Lans”ın saytında onun ad gününə həsr olunmuş videoçarxa baxanda, bilmirik, gülək, ya ağlayaq. “Lans” azarkeşləri Hafiz Məmmədovun istefası üçün imza toplamaq istəyirlər. Azarkeşlərin bir hissəsi isə Fransa hüquq-mühafizə orqanlarının bir anca öncə Hafiz Məmmədov əleyhinə istintaq başlatmasını və çirkli pulların yuyulmasını tələb edir. Papenin Məmmədovu təbrik etdiyi videoçarxn altında şərh verən fanatlar isə onun şəxsiyyətə pərəstiş formalaşdırmaq istədiyini yazıblar”.

Pişiyin ağızı ətə çatmayanda…

Sözsüz ki, bunların hamısı erməni lobbisindən maliyyələşən mətbu orqanların uydurma xəbərləridi. Necə deyərlər, pişiyin ağzı ətə çatmayanda, deyir, iylənib. Ermənilər də azərbaycanlı iş adamını “vurmaq” üçün bu üsuldan istifadə edirlər. Əsl eybəcərlik isə budu ki, öz içimizdəki bədxah düşmənlər də dığaların dəyirmanına su tökür. Son həftələr ictimai-siyasi mediada bu istiqamətdə xeyli fəallıq nəzərə çarpır. Özlərini nuri-mələyə bənzədən mirzələr «hayklar»ın yazmayacağı, iddia etməyəcəyi iddialar irəli sürürlər. Bunların müəllifinin kim olmasını bilməyən deyər ki, yazar ya ermənidi, ya da ermənidi. Azərbaycanlı belə alçaq fikirlər, yüngül təxəyyülün nəticəsi olan rəylərlə çıxış etməz. Təbii ki, bunun özü də sifariş əlamətidi. Axı Hafiz Məmmədovun timsalında ölkənin beynəlxalq reytinqini qaldıran, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdıran çox az adam var. Ona görə də özlərinin bu kampaniyaya qoşulmaması azmış kimi, qoşulanlara da ləkə yaxdırır. Doğrusu, hərdən mənə elə gəlir ki, Fransada 1 əsrdən artıqdı fəaliyyət göstərən və güclü lobbi yaradan ermənilər öz mirzələrinə belə tapşırıq versələr, bu səviyyədə qısqanclıqla yazı qələmə almasalar.

 Siz bu ölkədə yaşamırsız?

Nə etmək olar ki, bunları edən sapı bizdən olan baltalardı. Kimlərsə vaxtilə Hafiz Məmmədovla görüşə bilməyib deyə, «Lans» kartını dövlətin əleyhinə çevirir. Yəni ki, şəxsi məqsədlər ümumi prinsiplərin, dövlətçiliyin önünə keçir. Əlbəttə, hər birimiz başa düşməliyik ki, o, öz istəyi doğrultusunda Fransa futboluna nüfuz etməyib. Bu istək onda ola bilər, təşəbbüs ondan gələ bilər, sadəcə, bilməliyik ki, Fransa ilə əlaqələrin gücləndirilməsi, erməni lobbisinin meydan suladığı ölkədə Azərbaycan adının hallandırılması dövlət rəhbərliyinin çoxgedişli və uzaqgörən siyasətinin bir parçasıdı. Hafiz Məmmədovun özü də dəfələrlə bildirib ki, «Lans»ın alınması şəxsi maraqlara, özəl planlara dəxlisizdi. Biz bu yaxınlaşmaya Heydər Əliyev Fondunun Parisdə həyata keçirdiyi layihələrin davamı kimi baxmalıyıq. Bəzən o yazıları oxuyanda, fikirləşirsən ki, müəllif Azərbaycanda yaşamır. Ya da fikirləşirsən ki, müəllif Azərbaycanda yaşadığı halda, bu kimi qlobal tərəfdaşlığın mahiyyətinin hardan qaynaqlandığını anlamaq istəmir. Hafiz Məmmədovu o şərtlə qınamaq olardı ki, "Lans"ın təcrübəsindən Azərbaycan futbolu naminə istifadə etməzdi, klubun ad-sanını şəxsi biznesinin çiçəklənməsinə,  Fransada meqa-projelərə yatırım qoymasına xərcləyərdi. 

 "Al mollalar"ın qəzəbinə tuş gəlib

O, bunların heç birinə baş qoşmur, bununla belə, bu əməkdaşlıqda qara nöqtə axtaranların sayı gündən-günə artır. Heç biri boynundan atmasın ki, ayrı-ayrı qrupp və mərkəzlərin göstərişlərini yerinə yetirir. Bunlar həmin qüvvələrdi ki, dövlətin qayğısı ilə güclü maddi imkanlar əldə etsələr də, antierməni təblibatına güc vermir, əksinə, mili maraqların ziddinə gedir. Daxildəki düşmənlər sayı bəlkə də Fransadakı erməni diasporasını geridə qoyur və onlar hər vəchlə çalışır ki, "Lans"la başlayan kurs uğursuzluğa düçar olsun. Axı sabah Avropanın mərkəzi ölkəsində Azərbaycan və azərbaycanlıların gördükləri işlər barəsində araşdırmalar sürətlənəndə adları it dəftərində də xatırlanmayacaq, "sağ ol" eşitməyəcəklər. Verməyə əlləri yoxdu. "Al mollalar"ın qəzəbinə tuş gələn Hafiz Məmmədov millətin gözündən salmaq cəhdləri, sözsüz, nəticə verməyəcək. Ürəyi milllətlə döyünənləri millət düşməni etmək şərəfsizlərin kitabındadı. Ancaq bu insan ermənildəri bağırda-bağırda, çığırda-çığırda Fransanın mərkəzində üçrəngli bayrağımızı ucaldıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail