Qurban Qurbanov üçün 200-cü oyun

19.12.2013 | 5177 dəfə oxunub

Topaz Premyer Liqasının XVIII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionatında 200-cü dəfə baş məşqçi kimi komandasını meydana çıxaracaq. “İnter”lə dekabrın 20-də baş tutacaq oyuna qədər 199 qarşılaşmada iş başında olan Qurbanov buna 2 klubda nail olub. 2006/07 və 2007/08 mövsümlərində “Neftçi”yə rəhbərlik edən 41 yaşlı çalışdırıcı 6 mövsümdür “Qarabağ”a rəhbərlik edir. Bu matçlarda onun yetirmələri 104 qələbə qazanıb, 55 heç-heçə edib və yalnız 40 dəfə uduzub.

Mövsüm

Klub

O

Q

H

M

T/F

X

2006/07

Neftçi

24

17

3

4

47-15

54

2007/08

Neftçi

4

2

1

1

9-4

7

Cəmi

Neftçi

28

19

4

5

56-19

61

2008/09

Qarabağ

26

14

7

5

35-22

49

2009/10

Qarabağ

32

14

12

6

31-26

54

2010/11

Qarabağ

32

17

7

8

41-22

58

2011/12

Qarabağ

32

15

8

9

37-28

53

2012/13

Qarabağ

32

16

11

5

43-26

59

2013/14

Qarabağ

17

9

6

2

29-11

33

Cəmi

Qarabağ

171

85

51

35

216-135

306

Cəmi

2 kubda

199

104

55

40

272-154

367

Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib – 6:1. 2010-cu il noyabrın 11-də AZAL-la oyundakı 0:2 hesablı məğlubiyyət isə mütəxəssis üçün 100-cü olub.

Qeyd edək ki, Qurbanov Azərbaycan çempionatlarının 21 illik tarixində (1992-2013) ən azı 200 oyun keçirən 7-ci mütəxəssisdir. Bu siyahıya Qəhrəman Əliyev başçılıq edir – 381 matç. Ondan başqa, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Mehman Allahverdiyev və Vaqif Sadıqov da 200 oyun səddini arxada qoymağı bacarıb.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail