UEFA "Avro-2016"nın təqvimini açıqladı

19.12.2013 | 4255 dəfə oxunub

UEFA 2016-cı ildə keçiriləcək Avropa çempionatının reqlamentini təsdiqləyib. Stadium.az xəbər verir ki, 24 komandanın qatılacağı bu mötəbər yarışın final mərhələsi iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq.

Püşkatması gələn il fevralın 23-də Nitsada baş tutacaq seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 

3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da Avro-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək. 

Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa ilə yanaşı final mərhələsində çıxış edəcək.

Seçmə mərhələnin təqvimi

1-ci tur: 7, 8, 9 sentyabr 2014
2-ci tur: 9, 10, 11 oktyabr 2014
3-cü tur: 12, 13, 14 oktyabr 2014
4-cü tur: 14, 15, 16 noyabr 2014
5-ci tur: 27, 28, 29 mart 2015
6-cı tur: 12, 13, 14 iyun 2015
7-ci tur: 3, 4, 5 sentyabr 2015
8-ci tur: 6, 7, 8 sentyabr 2015
9-cu tur: 8, 9, 10 oktyabr 2015
10-cu tur: 11, 12, 13 oktyabr 2015

Pley-off mərhələsinin təqvimi
İlk oyunlar: 12, 13, 14 noyabr 2015
Cavab oyunları: 15, 16, 17 noyabr 2015

UEFA-nın qərarı ilə həftəsonu keçiriləcək qarşılaşmaların saat 21:00 və 23:45-də, adi günlərdə isə 23:45-də başlamalıdır. Komandalar cüt oyunlarını cümə axşamı-bazar, cümə-bazar ertəsi və ya şənbə-çərşənbə axşamı sistemi ilə keçirəcək. Millilər yalnız çərşənbə günləri oynamayacaq. 

Final mərhələsinin püşkü 2015-ci il dekabrın 12-də Parisdə baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail