"Neftçi" AFFA rəsmisinə çox sərt cavab verdi

23.12.2013 | 5755 dəfə oxunub

AZAL - “Neftçi” oyununan sonra yaşananlar barədə “Futbol+” qəzetinə açıqlama verən bu oyunun AFFA nümayəndəsi dil Nadirov qonaq komandanı qınamışdı. Stadium.az xəbər verir ki, hətta AFFA nümayəndəsi “Neftçi”nin ünvanına ittiham da səsləndirməkdən çəkinməmişdi. Nadirovun belə çıxışına isə “Neftçi”nin mətbuuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavab verdi: Adil Nadirov çox hörmət etdiyim, xətrini istədiyim insandır, amma  Adil dayının açıqlaması məni bunları deməyə məcbur etdi. Əzizim Adil dayı, Azərbaycan futbolunda hər kəs bilir ki, siz "Qarabağ"ın həm təsisçisi olmusuz, vaxtı ilə klubun prezidenti, icraçı direktoru işləmisiniz. Bütün bunlarla yanaşı "Qarabağ"ın futbolçusu Vüqar Nadirovun əmisisiniz. Qısası ürəyinizin həm Qarabağla, həm də "Qarabağ"la döyündüyünə zərrə qədər şübhə yoxdur. Xahiş edirəm bu sualıma cavab verin. Sizin "Qarabağ"ın çempionluq uğrunda əsas rəqibi "Neftçi"nin oyununda nə işiniz var idi? Sizin fikirlərinizin qərəzli olmadığına necə inanaq? Maraqlıdı, jurnalist dostlarım bunu niyə qabartmır ki?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail