Böyükağa Hacıyev Tərlan Əhmədovu "bombaladı"

30.12.2013 | 6196 dəfə oxunub

Nazim Süleymanova bütün zərbələr Böyükağa tərəfdən gələcək”. Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin keçmiş baş məşqçisi Tərlan Əhmədov bildirmişdi. Azərbaycanın ən güclü və uğurlu məşqçilərindən olan Böyükağa Hacıyevi hazırkı baş məşqçi Nazim Süleymanov üçün təhlükə sayan Əhmədov, müsahibəsində bu mövzuda digər xoş olmayan sözlər də işlədib. Məsələyə digər tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Böyükağa Hacıyevin Tərlan Əhmədovun dedikərinə cavabı isə belə oldu: “Tərlan dindar adamdır, nə istəyirsə desin. Mən ona cavab vermək istəmirəm. Çünki, mənim cavablarım ona layiq deyil. Bunu hərkəs bilsin ki, Böyükağa Hacıyev heç bir məşqçinin işinə qarışmır və qarışmaz da. Eləcə də mən sevmirəm ki, kimsə mənim işlərimə qarışsın. Əgər mən Tərlanın və ya Nazim müəllimin işinə müdaxilə edirəmsə, Qurani-Kərim mənimlə bilsin. Tərlan Əhmədov gündəmdə qalmaq üçün bu yola əl atıb, hər gün bir sayta müsahibə verərək özünü göstərməyə çalışır. Bu gün mən hansısa məşqçinin işinə yersiz müdaxilə edirəmsə, bu birbaşa Sadıq Sadıqova hörmətsizlikdir”.

 Daha sonra Böyükağa müəllim Tərlan Əhmədovu satqınçılıqda da günahlandırdı: “Hansı köməkçi məşqçi komandanın baş məşqçisinin söhbətini diktafona yazıb gedib kimlərəsə göstərər?! Mən çalışdım ki, Tərlana yaxşı məşqçi olmaqla bərabər, yaxşı kişi olmağı da öyrədim, amma..

Ona çempionluq sevincinin nə olduğunu mən göstərdim, mənə qədər bilmirdi məşqçi kimi çempion olmaq nədir. Biz  Avro Liqasının oyunlarında “Partizan”, “İnter” və “Rubin”lə oyunlara gedəndə, Nazim Süleymanov da bizimlə bərabər gəlirdi. Həmin vaxtlar Tərlanın Nazim müəllimlə  arası heç  yaxşı deyildi. İndi necə oldu, Nazim komandaya gələn kimi Tərlan üçün şirin oldu?! Mənim heç bir yerli məşqçi ilə şəxsi qərəzliyim yoxdur, əsas hədəfim gəlmə məşqçilərdir. Gəlmə məşqçiləridə ona görə hədəf seçmişəm ki, istəyirəm bizim futbolda yerli mütəxəssislər çalışsin”.


sportarena.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail