"Neftçi" rəsmisi "Qarabağ" rəsmisini bombaladı

31.12.2013 | 5500 dəfə oxunub

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun “Komanda” qəzetinə verdiyi müsahibədə “Azərbaycanda “Qarabağ” və “Qəbələ”dən başqa təmiz komanda yoxdur” deməklə, digər klubları ittiham etdiyi barədə məlumat vermişdik. “Qarabağ” rəsmisinin bu ittihamına “Neftçi”dən cavab gəlib.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Publika.az-a verdiyi açıqlamada İbrahimovun fikirlərinə sərt və ironiyalı münasibət bildirib:

“Nurlan dostum, qardaşımdır. Müsahibəsində Azərbaycanda ən təmiz klubların “Qarabağ” və “Qəbələ” olduğunu deməklə digər klubların bostanına daş atıb. Qardaşımdan soruşmaq istəyirəm ki, onun komandası hansı hamamda çimir ki, belə təmizdi? Bildiyimə görə “Qarabağ” üçün ən uyğun hamam Quzanlıdadır.

 Başa düşə bilmirəm, Nurlan digər klubların natəmizliyini nədə görür? Şərəf oyunu kimi baxdığın qarşılaşmada stadionun diktorunun əlindən mikrofonu alıb qışqırmaqdır təmizlik, yoxsa hamımızın yaralı yeri Qarabağın adı arxasında gizlənmək? Yoxsa avtobusların üzərinə “Bu gün Quzanlıda, sabah Ağdamda” devizini yazıb, bəh-bəhlə Quzanlıya köçmək və qısa müddətdən sonra geri qayıtmaqdı? O zaman həmişə təmizlikdə1 Bəli, “Qarabağ” da bu xalqın komandasıdır, eləcə də digərləri. Qarabağ adına canımız da qurbandır, nəinki çempionluq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail