Dünya futbolunun “ən yaxşı”ları - ARAŞDIRMA

NÖVBƏDƏ KİMDİR? MESSİ, RONALDO, RİBERİ... BƏLKƏ MARTA VƏ YA EBBİ?

13.01.2014 | 31512 dəfə oxunub

Yanvarın 13-də FİFA dünyanın ən yaxşı futbolçusunun adı məlum olacaq. Namizədlərin sayı 3-dür – Kriştiano Ronaldo, Lionel Messi v Frank Riberi. Güman ki, “FİFA-nın qızıl topu” adlanan mükafat bu dəfə ardıcıl 4 dəfə “ən yaxşı” seçilən Messinin ili uğursuz və zədə ilə başa vurması səbəbindən Ronaldoya qismət olacaq.

Bu sayımızda oxuculara “Qızıl top”un yaranma tarixi və indiyə kimi mükafatı qazanan futbolçular və maraqlı faktlar barədə məlumat verəcəyik.

Fransız dilində “Ballon d’Or” adlanan “Qızıl top” uzaq 1956-cı ildə “France Football” nəşrinin baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. O, öz həmkarlarına Avropanın ən yaxşı futbolçusunu seçmək üçün müraciət edib və ilk səsvermənin nəticələrinə görə “Blekpul”un futbolçusu Stenli Metyuz ilk laureat olub.

1995-ci ilə kimi jurnalistlər ancaq Avropa klublarında çıxış edən avropalı futbolçulara səs verə bilərdilər. Bu üzdən Pele və Maradona kimi əfsanələr sözügedən mükafatı qazana bilməyiblər. 1995-ci ildən etibarən isə qaydalarda dəyişiklik edilib. Belə ki, Avropa klublarında oynayan istənilən millətin nümayəndəsi “Qızıl top”u ala bilərdi. Və belə də oldu. Elə həmin il “Milan”ın liberiyalı hücumçusu Corc Vea Avropanın ən yaxşısı adını qazandı. Növbəti qayda dəyişikliyi 2007-ci ildə baş verdi. Artıq dünyanın istənilən klubunun futbolçusu müsabiqədə iştirak edə bilərdi. Buna görə də, səsvermədə iştirak dən 52 avropalı jurnalistə digər qitələri təmsil edən daha 44 mətbuat nümayəndəsi də əlavə edildi. Onlar ilin 5 ən yaxşı futbolçusunu seçməli idilər.

Sonuncu “Qızıl top” 2009-cu ildə “Barselona”nın argentinalı ulduzu Lionel Messiyə qismət olub. Deyə bilərsiniz ki, axı Messi 4 dəfə dünyanın ən yaxşısı seçilib. Məsələ burasındadır ki, 2010-cu ildən etibarən “France Football”un “Qızıl top”u ilə FİFA-nın “İlin ən yaxşı futbolçusu” mükafatı birləşdirilərək “FİFA-nın Qızıl topu” adını alıb. Bu haqda bir qədər sonra. İndi isə 1991-ci ildə FİFA-nın təsis etdiyi və dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirən müsabiqə barədə.

Ali qurum ilin futbolçusunu müxtəlif ölkələri təmsil edən milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılan səsvermə nəticəsində müəyyənləşdirirdi. İştirakçılar 3 futbolçuya uyğun olaraq 5, 3 və 1 xal verirdilər. Sonda ən çox xal toplayan futbolçu “Brilyant top”a layiq görülürdü. Braziliyalı Ronaldo, onun portuqaliyalı adaşı və fransız Zinəddin Zidan 3 dəfə bu ada layiq görülən futbolçulardı. Özü də braziliyalı əfsanə “Brilyant top”u qazanan ən gənc futbolçu kimi tarixə düşə bilib. 1996-cı ildə onun cəmi 20 yaşı var idi. “Qızıl top”da olduğu kimi bu müsabiqənin sonuncu qalibi Lionel Messi olub.

Bayaq da qeyd etdiyimiz kimi 2010-cu ildən etibarən hər iki müsabiqə birləşdirilərək “FİFA-nın Qızıl topu” adını aldı. Artıq 3 dəfə keçirilən yarışın hamısında Messi qalib olub. Argentinalı 4 il ardıcıl dünyanın ən yaxşı futbolçusu adını qazanıb. Bu il ilsə yəqin ki, bu ada Kriştiano Ronaldo layiq görüləcək.

İndi isə bəzi faktları diqqətinizə çatdırırıq. Əvvəlcə “Qızıl top”a layiq görülən futbolçular:

1956. Stenli Metyuz (İngiltərə, “Blekpul”, hücumçu)

1957. Alfredo di Stefano (İspaniya, “Real” , hücumçu)

Qeyd: Argentinada doğulsa da, 1956-cı ildə İspaniya vətəndaşlığını qəbul edib və bu ölkənin yığma komandasında oynayıb.

1958. Raymon Kopa (Fransa, “Real” , hücumçu).

1959. Alfredo di Stefano (İspaniya, “Real” , hücumçu)

1960. Luis Suares (İspaniya, “Barselona”, yarımmüdafiəçi)

1961. Omar Sivori (İtaliya, “Yuventus” , hücumçu)

Qeyd: Argentinada doğulub, 1961-ci ildə İtaliya vətəndaşlığını qəbul edib və bu ölkənin yığma komandasında oynayıb.

1962. Yozef Masopust (Çexoslovakiya, “Dukla”, yarımmüdafiəçi)

1963. Lev Yaşin (SSRİ, “Dinamo” (Moskva), qapıçı)

1964. Denis Lou (Şotlandiya, “Mançester Yunayted” , hücumçu)

1965. Eysebio (Portuqaliya, “Benfika” , hücumçu)

1966. Bobbi Çarlton (İngiltərə, “Mançester Yunayted”, yarımmüdafiəçi)

1967. Florian Albert (Macarıstan, “Ferentsvaroş” , hücumçu)

1968. Corc Best (Şimali İrlandiya, “Mançester Yunayted” , yarımmüdafiəçi)

1969. Canni Rivera (İtaliya, “Milan” , yarımmüdafiəçi)

1970. Herd Müller (Almaniya Federativ Respublikası, “Bavariya” , hücumçu)

1971. Yohan Kroyf (Hollandiya, “Ayaks”, hücumçu)

1972. Frans Bekkenbauer (AFR, “Bavariya” , yarımmüdafiəçi)

1973. Yohan Kroyf (Hollandiya, “Ayaks”-“Barselona” , hücumçu)

1974. Yohan Kroyf (Hollandiya, “Barselona” , hücumçu)

1975. Oleq Bloxin (SSRİ, “Dinamo” (Kiyev), hücumçu)

1976. Frans Bekkenbauer (AFR, “Bavariya” , yarımmüdafiəçi)

1977. Alan Simonsen (Danimarka, “Borussiya” (Münhenqladbax,), hücumçu)

1978. Kevin Kiqan (İngiltərə, “Hamburq”, hücumçu)

1979. Kevin Kiqan (İngiltərə, “Hamburq”, hücumçu)

1980. Karl-Hayns Rummenige (AFR, “Bavariya”, hücumçu)

1981. Karl-Hayns Rummenige (AFR, “Bavariya”, hücumçu)

1982. Paolo Rossi (İtaliya, “Yuventus”, hücumçu)

1983. Mişel Platini (Fransa, “Yuventus”, yarımmüdafiəçi)

1984. Mişel Platini (Fransa, “Yuventus”, yarımmüdafiəçi)

1985. Mişel Platini (Fransa, “Yuventus”, yarımmüdafiəçi)

1986. İqor Belanov (SSRİ, “Dinamo” (Kiyev), hücumçu)

1987. Ruud Qullit (Hollandiya, PSV-“Milan”, yarımmüdafiəçi)

1988. Marko van Basten (Hollandiya, “Milan”, hücumçu)

1989. Marko van Basten (Hollandiya, “Milan”, hücumçu)

1990. Lotar Matteus (Almaniya, “İnternasionale” (İtaliya), müdafiəçi)

1991. Jan-Pyer Papen (Fransa, “Olimpik” (Marsel), hücumçu)

1992. Marko van Basten (Hollandiya, “Milan”, hücumçu)

1993. Roberto Bacco (İtaliya, “Yuventus”, hücumçu)

1994. Xristo Stoiçkov (Bolqarıstan, “Barselona”, hücumçu)

1995. Corc Vea (Liberiya, “Milan”, hücumçu)

1996. Matias Zammer (Almaniya, “Borussiya” (Dortmund), müdafiəçi)

1997. Ronaldo (Braziliya, “Barselona”-“İnternasionale”, hücumçu)

1998. Zinəddin Zidan (Fransa, “Yuventus”, yarımmüdafiəçi)

1999. Rivaldo (Braziliya, “Barselona”, yarımmüdafiəçi)

2000. Luiş Fiqu (Portuqaliya, “Barselona”-“Real”, yarımmüdafiəçi)

2001. Maykl Ouen (İngiltərə, “Liverpul”, hücumçu)

2002.  Ronaldo (Braziliya, “İnternasionale”-”Real”, hücumçu)

2003. Pavel Nedved (Çexiya, “Yuventus”, yarımmüdafiəçi)

2004. Andrey Şevçenko (Ukrayna, “Milan”, hücumçu)

2005. Ronaldinyo (Braziliya, “Barselona”, yarımmüdafiəçi)

2006. Fabio Kannavaro (İtaliya, “Yuventus”-“Real”, müdafiəçi)

2007. Kaka (Braziliya, “Milan”, yarımmüdafiəçi)

2008. Kriştianu Ronaldo (Portuqaliya, “Mançester Yunayted”, yarımmüdafiəçi)

2009. Lionel Messi (Argentina, “Barselona”, hücumçu)

Yohan Kroyf, Mişel Platini və Marko van Basten – bu futbolçular “Qızıl top”a 3 dəfə layiq görülüblər. UEFA-nın hazırkı prezidenti bu mükafatı 3 dəfə ardıcıl qazanan yeganə futbolçudu. Əfsanəvi sovet qapıçısı Lev Yaşin isə “Qızıl top”a sahib çıxan yeganə qapıçıdı. Bu, hadisə 1963-cü ildə baş verib. Ödülə ən çox almanlar və hollandalar sahib çıxıblar – 7 dəfə. Klublara gəlincə, birincilik “Barselona” və “Yuventus”a məxsusdur. 9 dəfə bu klubların şərəfini qoruyan futbolçular Avropanın ən yaxşısı seçiliblər. Digər İtaliya nəhəngi “Milan”ın qarşısındakı rəqəm isə 8-dir.

Növbədə FİFA-nın milli komandaların məşqçiləri və kapitanları arasında apardığı sorğunun nəticələrinə görə 1991-ci ildən bəri “İlin futbolçusu” adını qazanmış, həmçinin 2-ci və 3-cü yerə layiq görülən futbolçulardır. Əvvəlcədən qeyd edək ki, adları daha əvvəl çəkilən futbolçuların təmsil etdikləri ölkələri və komandaların adlarını təkrar etməyəcəyik:

1991. Lotar Matteus, Jan-Pyer Papen, Hari Liniker (İngiltərə)

1992. Marko van Basten, Xristo Stoiçkov, Tomas Hessler (Almaniya)

1993. Roberto Bacco, Romario (Braziliya), Denis Berqkamp (Hollandiya)

1994. Romario, Xristo Stoiçkov, Roberto Bacco

1995. Corc Vea, Paolo Maldini (İtaliya), Yurgen Klinsman (Almaniya)

1996. Ronaldo, Corc Vea, Alan Şirer (İngiltərə)

1997. Ronaldo, Roberto Karlos (Braziliya), Denis Berqkamp və Zinəddin Zidan

1998. Zinəddin Zidan, Ronaldo, Davor Şuker (Xorvatiya)

1999. Rivaldo (Braziliya), Devid Bekhem (İngiltərə), Qabriel Batistuta (Argentina)

2000. Zinəddin Zidan, Luiş Fiqu, Rivaldo

2001. Luiş Fiqu, Defid Bekhem, Raul (İspaniya)

2002. Ronaldo, Oliver Kan (Almaniya), Zinəddin Zidan

2003. Zinəddin Zidan, Tyerri Anri (Fransa), Ronaldo

2004. Ronaldinyo, Tyerri Anri, Andrey Şevçenko

2005. Ronaldinyo, Frenk Lempard (İngiltərə), Samuel Eto’O (Kamerun)

2006. Fabio Kannavaro, Zinəddin Zidan, Ronaldinyo

2007. Kaka, Lionel Messi, Kriştianu Ronaldo

2008. Kriştianu Ronaldo, Lionel Messi, Fernando Torres (İspaniya)

2009. Lionel Messi, Kriştianu Ronaldo, Xavi (İspaniya)

Nəhayət gəlib çatdıq “FİFA-nın Qızıl topu”na. 2010-cu ildən indiyə kimi 3 dəfə bu mükafat öz sahibini tapıb. Hər 3 halda da “sahibkar” Messi olub. Statistikaya nəzər salaq:

2010. Lionel Messi (22,65% səs), Andres İnyesta (İspaniya, “Barselona” 17,36), Xavi  (“Barselona” 16,48)

2011. Lionel Messi (44,88), Kriştianu Ronaldo (21,60), Xavi (9,23)

2012. Lionel Messi (41,60), Kriştianu Ronaldo (23,68), Andres İnyesta (10,91)

2010-cu ildən başlayaraq FİFA “ilin məşqçisi” nominasiyasında da mükafat təsisi edib. Maraqlıdır ki, hər 3 halda portuqaliyalı Joze Maurinyo, İspaniya yığma komandasının baş məşqçisi Visente del Boske və hazırda “Bavariya”nı çalışdıran eks-barsalı Xose Qvardiola mükafatları öz aralarında bölüşdürüblər:

2010. Joze Maurinyo, Visente del Boske, Xose Qvardiola

2011. Xose Qvardiola, Joze Maurinyo, Visente del Boske

2012. Visente del Boske, Joze Maurinyo, Xose Qvardiola

Sonda bəs, görəsən qadın futbolunun Messi və Ronaldoları kimlərdir? 2001-ci ildən etibarən FİFA qadın futbolçular arasındada dünyanın “ən yaxşı”sını seçir. Maraqlı olacağını nəzərə alıb qalibləri və 2-3-cü yerlərin sahiblərinin adlarını təqdim edirik:

2001. Mia Hamm (ABŞ, “Vaşinqton Fridom”), Tiffeni Milbrett (ABŞ, “Nyu-York”), Sunn Ven (Çin, “Atalanta Bit”)

2002. Mia Hamm, Bircit Prinz (Almaniya, “Frankfurt”), Sunn Ven

2003. Bircit Prinz, Mia Hamm, Hanna Lünqberq (İsveç, “Umea”)

2004. Bircit Prinz, Mia Hamm, Marta (Braziliya, “Umea”)

2005. Bircit Prinz, Marta, Şannon Boks (ABŞ)

2006. Marta, Kristin Lili (ABŞ, “Orebro”), Renata Linqor (Almaniya, “Frankfurt”)

2007. Marta, Bricit Prinz, Kristiana (Braziliya, “Volfsburq”)

2008. Marta, Bricit Prinz, Kristiana

2009. Marta, Bricit Prinz, Kelli Smit (İngiltərə, “Boston Brokers”)

2010. Marta, Bricit Prinz, Fatmire Bajramaj (Almaniya, “Turbin Potsdam”)

2011. Hovare Savva (Yaponiya, “Kobe”), Marta, Ebbi Vambax (ABŞ)

2012. Ebbi Vambax, Marta, Aleks Morqan (ABŞ, “Sietl Sounders”)

Bu il isə ən yaxşısı adına Marta və Ebbi Vambax ilə yanaşı Avstraliyanın “Brizbon Roar”ının almaniyalı futbolçusu Nadine Angerer də namizəddir.

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail