Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi reyslə gətiriləcək

13.01.2014 | 5015 dəfə oxunub

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi təyyarə ilə gətiriləcək. Bu haqda Lent.az-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. O bildirib ki, təyyarə bu gün paytaxtımızdan Almaniyanın Frankfurt şəhərinə yola düşəcək. Həşimovun nəşi yanvarın 14-də Bakıda olacaq. Sabah günün birinci yarısında Respublika Şahmat Mərkəzində mərhumla vida mərasimi keçiriləcək.
 
Məmmədovun sözlərinə görə, Həşimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə də yaxın vaxtlarda müəyyən qərarlar qəbul olunacaq: “Müxtəlif variantlara baxılacaq. Respublika Şahmat Mərkəzinə Vüqar Həşimovun adının verilməsi bu variantlardan biridir”. Qeyd edək ki, Vüqar Həşimov başındakı şişdən yanvarın 11-ə keçən gecə dünyasını dəyişib. Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, Beynəlxalq Şahmat Federasiyasının 2011-ci ilin martına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail