Mahir Şükürov: "AZAL-la oyundan sonra futbolçular Nazimi döymək istəyirdi" - MÜSAHİBƏ

22.01.2014 | 14273 dəfə oxunub

"Neftçi"nin müdafiəçisi Mahir Şükürovun Stadium.az saytına müsahibəsi:

- Hazırlıq necə gedir?

- Bakıdakı hazırlığı, hazırlıq saymaq olmaz. O hazırlığı Nazim Süleymanovla birgə keçdik, heç nə idi. İndi komandamız 8 gündür Antalyada toplaşıb və hazırlığımız da çox yüksək səviyyədə gedir. Ab-hava, əhval-rühiyyə çox yaxşıdır. “Fənərbaxça”yla yoxlama oyunu da bunu sübut etdi. Böyükağa Hacıyevin rəhbərliyi altında biz düz yoldayıq.

- Hacıyevin gəlişi ilə nə dəyişib ki?

- Ab-hava düzəldi, futbolçularda özünəinam qayıtdı. Baş məşqçinin futbolçuları oyuna hazırlamasından çox şey aslıdır. Həm də futbolçularını heç kimin ayağına vermir. Bir məşqçi ki, oyundan sonra deyir mənim futbolçularım rəqibdən zəifdir, o adam məşqçilik etməməlidir. Çünki futbolçuların ona inamı qalmayacaq. Bu sözdən sonra futbolçular o məşqçi üçün oynamazlar.

- Onda demək olar ki, Nazim müəllimin vaxtında son oyunlardakı zəif çıxışınız Süleymanovu istəməmənizdən irəli gəlirdi?

- “Qarabağ”la oyundan sonra öz aramızda – futbolçularla toplantı keçirdik. Qərara aldıq ki, baş məşqçi bizə güvənmirsə, biz də ona güvənməyəcəyik. Amma klubun mənafeyi üçün sona qədər mübarizə aparacağıq. Biz bütün oyunlarda "Neftçi"nin adı üçün əlimizdən gələni etdik. Biz kiməsə, hansısa məşqçiyə görə yox, bu komandanın adı üçün oynayırıq. Hətta azlıqda qalıb qələbə qazandığımız oyunlarda da sona kimi mübarizə aparmışıq.

- Futbolçular Nazim Süleymanova inanmır, o da sizə etibar etmir. Axı belə olanda ortada “Neftçi” batır?

- Təbii ki, elədir. Bizdə durduğumuz yerdə klub prezidentinə deyə bilməzdik ki, baş məşqçiyə güvənmirik. Zamanla klub rəhbərliyi də gördü ki, məşqçiylə futbolçular arasında problem var. İki futbolçu bir yerdə söhbət edən kimi, Nazim Süleymanov gəlib girirdi aralarına ki, burda nə danışırsız. Belə iş olar, bu hərəkət baş məşqçiyə yaraşar heç? Bura hamı Sadıq Sadıqova görə yığılıb. Nazimin vaxtında bizə heç baş məşqçi də lazım deyildi. Çünki biz meydana çıxıb Sadıq müəllimə görə futbol oynayırdıq. Tərlan Əhmədovun vaxtında biz məşqçinin tapşırıqların yerinə yetirirdik, amma Süleymanov bizə heç nə vermirdi. Elə meydana çıxıb bildiyimizi, bacardığımızı ortaya qoyurduq ki, klub prezidenti bizə görə məyus olmasın. Bizdə heç bir taktika yox idi. Sanki uşaq futboluydu.    

 - Düzün de, Süleymanovun vaxtında Böyükağa Hacıyevin komandaya müdaxiləsi vardı?

- Xeyir, hamısı yalan söhbətdir. Maraqlısı bilirsiz nədir, Nazimin komandaya gəlişində Böyükağa Hacıyevin də rolu oldu. O özü də dedi ki, Nazim gəlsə yaxşı olar. Təəssüf ki, Hacıyev də sonra nələrin baş verəcəyindən xəbərsiz idi.

- Stadium.az saytında “Neftçi”nin keçmiş baş məşqçisi Nazim Süleymanovun komandadan yollamaq istədiyi futbolçular siyahısı verildi. Onların arasında sənin də adı vardı və Süleymanov bunu özü də təsdiqləyib...

- Əlbəttə, xəbrim var, oxumuşam. Düzdür, məni komandadan yollamaq istəyirdi. Özü açıqlamasında deyib ki, mən nizam-intizamsız olmuşam. “Neftçi”də olduğum iki il ərzində heç vaxt intizamı pozmamışam. İntizamı pozsaydım, klub tərəfindən cəza və ya cərimə alardım. Allah şahiddir ki, heç vaxt belə hadisə olmayıb. Əgər pozmuşdumsa niyə getməmişdən əvvəl danışmırdı? Necə oldu, “Qəbələ”yə 90-cı dəqiqədə qol vurub komandaya qələbə qazandıranda mənə “qəhraman Mahir deyirdi”, sonra intizam pozan oldum? Sizə hər şeyi açıq deyəcəm. AFFA tərəfindən ilin oyunçusu seçiləndə Nazim Süleymanov öz komandamızın oyunçusuna səs verməmişdi. Gəlib ona dedim ki, xeyir ola, öz oyunçumuza yox, başqa futbolçuya səs verirsən?! Bundan sonra mənimlə prinsip aparmağa başladı. Kişi sözün deyibsə, axıra kimi üstündə durar. Sonra qəzetin səsverməsində öz oyunçumuza səs verdi. Niyə? Sözünü demişdin, axıra kimi üstündə durardın da. Məhz bu məsələdən sonra mənimlə prinsip aparmağa başladı. Mənə qarşı da münasibəti dəyişdi. Mən də ona qarşı soyuq münasibət göstərdim.

- Məşq prosesin necə keçirdi?

- Pis gündə. Sanki biz uşağıq. Bizə ötürmə verməyi öyrədirdi. Bu adam anlamırdı ki, komanda Avropa Liqasının qrup mərhələsində oynayıb, hər-halda, deməli ötürmə verməyi bacarırırq. 20 dəqiqə “paslaşıb” tərləyirdik, sonra fasilə... Belə məşq olar? Bizə heç bir taktiki gediş barədə nəsə demirdi. Çempionatda da komanda futbolçuların bacarığı hesabına oynayırdı.

- “Fənərbaxça”yla oyundan sonra dedin ki, baş məşqçi Böyükağa Hacıyevə görə canını da verərsən. Bunu həqiqətən ürəkdən dedin, yoxsa Nazim Süleymanova ismarıc göndərirdin?

- Bu gün həqiqətən elədir. Çünki Hacıyev bizə güvənir, futbolçuları lazımınca motivasiya edə bilir. Gələn gündən komandanı düzəltdi. Buna görə hamı onu istəyir. Legionerlər Nazimə heç nə deyə bilmirdi, amma otağına girib ona dedim ki, futbolçular səni istəmir. AZAL-la oyundan sonra Nazim Süleymanov istefa verməliydi. Həmin oyunda 3 əvəzləmə etdi və meydanı tərk edən futbolçulardan heç biri ona əl uzatmadı. Bu nə deməkdir? Həmin oyunda menecerin gətirdib oturdub stadionda ki, narahat olma, qış fasiləsində səndən futbolçu alacam. Deməli, sən gəlib “Neftçi”ni dağıdıb pul qazanmaq istəyirsən?

- Baş məşqçiylə futbolçular arasında qırılma nə vaxt baş verdi?

- “Qarabağ”la oyundan sonra gördük ki, bu adam bizə inanmır. Sizə bir olay danışım. Futbolçunun ayağı ağrıyır, həkim də deyir, elədir, ayağı ağrıyır. Süleymanov gəlib həmin futbolçuya deyir ki,  sən komandanın liderisən, məşq etməsən də, heç olmaya çıx meydanda biraz qaç, sənin düşərgədə olduğunu görsünlər. Futbolçu da bunu edir, qaçmasa da, yeriyərək komandanın yanında olduğun göstərir. Sonra gəlib həkimə deyir ki, bəs deyirdin futbolçunun ayağı ağrıyır? Futbolçuyla həkimi düşmən edir. Bəs bu hərəkət baş məşqçiyə yaraşar? Vallah düz deyil.

- Onda belə deyək də, Nazim Süleymanov “Neftçi”də öz dilinin bəlasına düşdü?

- Əlbəttə, elə idi. Necə olur, sən transfer istəyirsən, amma biz Böyükağa Hacıyevlə heç bir transfer olmadan “Fənərbaxça”yla heç-heçə oynayırıq? Birinci olaraq klubun sahibi var, sən də durub ona göstəriş verirsən! Komanda da 5 mərkəz müdafiəçisi var, rəhbərliyə deyir mərkəz müdafiəçisi alınmalıdır. Sən legioner alsan, birinci olaraq biz Elvin Yunuszadəni itirəcəyik. Orda İqor Mitreski, Karlos Kardoso, Denis Silva, Tərlan Quliyev də var. Kimin yerinə gətirirsən futbolçunu? Məni, Mitreskini, Rəşad Sadiqovu, Denisi, iki məşqçimizi, inzibatçını komandadan yollamaq istəyirdi. Nə üçün? Belə çıxır ki, öz komandanı gətirib onlardan pul qazanmaq istəyirsən də. Axı komandaya gələndə belə söhbət olmayıb. Mitreski 3 ildi burda çempion olur, Neboyşa 7 ildi burda işləyir. Komanda son 3 ildə 3 dəfə çempion olub, kubok qazanıb, Avropa Liqasının qrupuna yüksəlib, bu da gəlib bir anda hamını dağıtmaq istəyir. Niazm-intizamı pozan birinci özü oldu. Bundan sonra da baxdı ki, heç kim ona hörmət etmir, başladı futbolçulardan şikayətlənməyə. AZAL-la oyundan sonra Ernest Nfor, Melvin Platye və Karlos Kardoso Nazimin üstünə hücum etdilər, onu az qala döymək istəyirdilər. Çünki lazımsız əvəzləmələr etmişdi. Biz buna imkan vermədik. Süleymanov özü öz gedişin hazırladı.

Söhbətləşdi: Vüsal BƏBİRLİ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail