Azərbaycan velosipedçisi Avstraliyada qalib oldu

07.02.2014 | 4013 dəfə oxunub

Avstraliyada təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında 116 km-dən ibarət 1-ci mərhələ başa çatıb.  Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən mərhələdə qalib foto-finişlə müəyyənləşib. Pelotonda olan velosipedçilərdən 38 nəfərin vaxt göstəricisi eyni olub - 3 saat, 4 dəqiqə, 12 saniyə. Onların arasında “Synergy Baku”nun üzvü, avstraliyalı Patrik Leyn də var. Foto-finişə əsasən, ABŞ-ın “Garmin-Sharp” komandasının avstraliyalı üzvü Natan Haas 1-ci, Patrik Leyn isə 27-ci olub.
 
Komandamızın digər nümayəndəsi, Azərbaycanın U-23 yığmasının üzvü Tural İsgəndərov isə liderlərdən 2 dəqiqə, 26 saniyə geri qalmaqla 44-cü nəticə göstərib. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər (Lent.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail