Sadıq Sadıqov: "Mahir Şükürovla bu haqda ciddi söhbətimiz oldu" - AÇIQLAMA

18.02.2014 | 4697 dəfə oxunub

"Xəzər Lənkəran" - "Neftçi" (2:2) oyununda qonaq komandanın medafiəçisi Mahir Şükürov azarkeşlərin onu təhqir etməsinə qarşılıq olaraq yerli fanatlara orta barmaq göstərmişdi. Stadium.az xəbər verir ki, klub prezidenti Sadıq Sadıqov son müsahibəsində buna da toxunub: "Mahir Şükürovun hərəkəti bağışlanmazdır. Onunla bu haqda ciddi söhbətimiz oldu. Lənkərandakı stadiona toplaşan 12 min azarkeş bizim qardaşlarımız, övladlarımız, ağsaqqallarımız, analarımız, bacılarımızdır. Bu da faktdır ki, bu gün Lənkəranda qadınlar belə çəkinmədən stadiona, oyunu izləməyə gəlirlər. Heç kim istəməz bu cür halla qarşılaşsın. Düzdür, ilk dövrlərdə bəzi problemlər yarandı. Bu da bilməməzlikdən yaranmışdı. Yaxın günlərdə “Neftçi”nin təlim-tərbiyəsi ilə nümunəvi komanda olduğunu görəcəksiniz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail