Kalonas Rauf və Əfranla əlbəyaxa davasından danışdı

19.02.2014 | 4786 dəfə oxunub

"Bakı”dan niyə çıxarıldığımı bilmirəm. 2 futbolçu ilə mübahisəm düşmüşdü. Bundan sonra baş məşqçi mənim komandaya lazım olmadığımı dedi”. Stadium.az xəbər verir ki, bu sözləri “Simurq”un futbolçusu Mindauqas Kalonas deyib. Litva yığmasının yarımmüdafiəçisi məşqlərdən birində Rauf Əliyev və Əfran İsmayılovla əlbəyaxa olduğu üçün komandadan qovuldu. Kalonas bu davaya görə niyə məhz onun qovulmasını başa düşmür: “Mən və komandanın qapıçısı ilə vidalaşmaq qərarı verildi. Niyə? Bax, bu suala yalnız baş məşqçi cavab verə bilər. Halbuki, baş məşqçi ilə münasibətlərim qaydasında idi. Bu mövsüm ərzində daha çox oyun keçirmişdim. Məşqçinin məndən narazılığı yox idi. Necə deyərlər, onun açar oyunçusu sayılırdım. Ancaq çalışdırıcının belə qərar verməsi həqiqətən mənim üçün çox gözlənilməz oldu”.

Hazırda “Simurq”da icarə əsasında çıxış edən Kalonas yayda “Bakı” ilə müqaviləsinin bitəcəyini və bundan sonra karyerasını yaxşı bir klubda davam etdirmək istədiyini söyləyib: “Yayda sərbəst futbolçu olacağam. Ümid edirəm ki, bundan sonra yaxşı bir kluba keçəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail