"Qəbələ"nin futbolçusu Ukraynadakı qətliamdan danışdı

20.02.2014 | 4675 dəfə oxunub

“Kiyevdə baş verənlər vətəndaş müharibəsi deyil, “bardak”dır”. Stadium.az xəbər verir ki, bunu lent.az-a Azərbaycan millisinin əslən ukraynalı futbolçusu və “Qəbələ” klubunun kapitanı Vladimir Levin deyib. 30 yaşlı müdafiəçinin fikrincə, Rusiya Ukrayna uğrunda Avropa ilə mübarizə aparır: “ABŞ Ukraynanı öz tərəfinə çəkdikdən sonra Rusiya sərhədlərinə yaxınlaşacaq. Bunu Rusiya gözəl başa düşür. Həm Rusiyanın Ukrayna uğrunda mübarizəsini, həm də Ukraynanın bu addımını normal saymıram. Çünki bundan əhalinin 95 faizi əziyyət çəkir. Doğmalarım Ukraynanın başqa bölgələrində yaşayırlar. Amma Kiyevdə tanışlarım var ki, hətta uşaqlarını bağçaya apara bilmirlər”.   

 Levin toqquşmalarda iştirak edən tərəflərin heç birinə haqq qazandırmayıb. O, Ukrayna hakimiyyəti və müxalifəti liderlərini sərt tənqid edib: “Bunlar bir çox siyasətçinin işidir. Məndən olsaydı, Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət lideri Arseni Yatsenyuku Xəzər dənizinə tullayardım. Müxalifətçiləri dəstəkləyən Vitali Kliçkoya gəldikdə, o, dahi idmançıdır. Başa düşürəm ki, müxalifətçilər populyarlığından yararlanaraq, öz sıralarına cəlb ediblər. Amma Kliçko siyasətə qarışmaqla bir çox insanın gözündən düşdü”.

Levin peşəkar karyerasına Ukraynanın Odessa şəhərini təmsil edən “Çernomorets-2”də başlayıb. 2005-ci ildən Levinin Azərbaycan karyerası başlayıb. O, Bakı “İnter”inə keçdikdən bir il sonra – 2006-cı il iyulun 28-də Azərbaycan vətəndaşlığını qəbul edib və millimizə cəlb olunub. Təcrübəli müdafiəçi ötən ilin yayında “Qəbələ”yə keçib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ