Milinko Pantiç AFFA-nı sərt tənqid etdi

16.03.2014 | 4345 dəfə oxunub

Az əvvəl Premyer Liqanın 26-cı turunda “Bakı” “Qəbələ”ylə qarşılaşdı və oyun 1:1 hesabıyla bitdi. Stadium.az xəbər verir ki, oyundan sonra “Bakı”nın baş məşqçisi Milino Pantiç matç barədə belə danışdı: “Biz yaxşı oynadığımızı düşünürəm. İlk hissədə də, ikinci yarıda da normal çıxış etdik. Tempi yüksək tutmağa çalışdıq, amma Kamran Ağayevin zədələnərək yerdə yatması, oyunu uzatması tempi aşağı saldı. Bundan sonra ilk yarının axırlarında iyunda tempi yüksəltmək çətin oldu. Bu qədər qol vəziyyəti yaradıb bundan istifadə etməyəndə, belə olur, xal itirirsən. AFFA qərar açıqladı ki, Premyer Liqadan komanda düşməyəcək. Buna görə də indi “Rəvan” Zaqatalaya 10 əsas futbolçusun aparmayıb. Biz bir neçə gün sonra keçiriləcək “Rəvan”la kubok oyununu da düşünürük. Bu qərar düzgün deyildi, baxarsız, bundan sonra çempionatda çox yoldaşlıq oyunları olacaq. Biz bu gün Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Sevinirəm ki, uduzmadıq. “Qəbələ” elə bir komandadır ki, burada Mendi, Kamanan kimi hücumçular əsas heyətə düşə bilmir. Subotiç isə bəlkə də çempionatda ən yaxşı hücumçudur. Raufun zədələnməsi də işimizə mənfi təsir etdi. Biz elə oynayırıq ki, gücümüzü də qoruyaq. Çünki futbolçularımız azdır. Məndə qışda istədim, çox cəhd etdim ki, komandaya yeni oyunçular cəlb olunsun. İnanın ki, məndən aslı olmayan səbəblərdən alınmadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail