"Neftçi" 8 aparıcı futbolçusunu göndərir - ÖZƏL

17.03.2014 | 7758 dəfə oxunub

Son 3 mövsümün Azərbaycan çempionu “Neftçi” artıq indidən islahatlara başlayıb. Stadium.az xəbər verir ki, Premyer Liqada sona 10 tur qalmış lider “Qarabağ”dan 10 xal geri qalan “Neftçi” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq. Kluba yaxın mənbədən aldığımız məlumata görə, Legioner futbolçulardan Melvin Platye və İqor Mitreskinin gedəcəyi dəqiqdir. Müdafiəçi Bruno Bertuççiylə dayaq yarımmüdafiəçisi Erik Ramosda komandada qalmaq istəmir. Əgər onlarla danışıqlar müsbət yekunlaşmazsa hər iki futbolçu da komandadan gedəcək. Mənbənin sözlərinə görə komanda yaxşı hücumçu tapa bilərsə Boadır Nasimovla da vidalaşacaq. Məlumatlı mənbənin sözlərinə inansaq, müdafiəçi Denis Silva da göndərilə bilər. Əgər onun da yerinə səviyyəli futbolçu tapılarsa, o da gedəcək.

Yerli futbolçulardan isə Cavid İmamverdiyevin başqa komandaya icarəyə veriləcəyi gözlənilir. Böyükağa Hacıyevin bəyənmədiyi futbolçuya çevrilən Cavid özü klub prezidenti Sadıq Sadıqovdan xahiş edib ki, icarə əsasında başqa komandada çıxış etməsinə icazə verilsin.

Aldığımız məlumata görə, komandanın kapitanı Rəşad Sadiqovunda oyunu hazırda klub rəhbərliyini və məşqçilər korpusunu qane etmir. Bu səbəbdən də mövsümün sonunda Sadiqovla söhbət ediləcək. Ola bilsin ki, kapitanla da yollar ayrılsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail