Güləşçimiz ermənini məğlub edib çempion oldu

04.04.2014 | 4809 dəfə oxunub

Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempionatının növbəti günü də millimiz üçün düşərli olub. Stadium.az xəbər verir ki,  bütün rəqiblərini məğlub edərək finala yüksələn güləşçimiz Ruslan Dibirhacıyev, həlledici görüşdə erməni idmançı Qriqor Qriqoryanı məğlub edərək Avropa çempionu adına layiq olub. Dibirhacıyev Qriqoryanı 12-2 hesabı ilə məğlubiyyətə uğradıb.

İlk mərhələdə təmsilçimiz belaruslu idmançı Anton Afanasyevlə qarşılaşıb və 10-2 hesablı qələbə əldə edib. ¼ finalda Ruslan macarıstanlı İstvan Qulyasa qarşılaşıb və görüşü 6-2 hesabı ilə xeyrinə başa vurub. Yarımfinal mərhələsində isə pəhləvanımızın rəqibi türkiyəli güləşçi Yakub Görə olub. Gərgin keçən görüş Dibirhacıyevin 5-4 hesablı qələbəsi ilə bitib. 

Bu nəticə ilə güləş üzrə milli komandamız aktivinə növbəti medalı yaza bilib. Belə ki, bunlardan Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), qızıl İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail