Xəbərimiz Yaşar Seyidovu əsəbləşdirib

07.04.2014 | 4939 dəfə oxunub

Ötən gün saytımızda “Bakı” klubuyla bağlı yer alan xəbər komandanın vitse-prezidenti Yaşar Seyidovu narazı salıb. Stadium.az həmin xəbəri bir daha olduğu kimi təqdim edir:

“Ötən il "Bakı"nın 3 gən futbolçusu - Ülvi Süleymanov, Mahir Mədətov və Valeh Seyidovun "Lans"a getməsi məlum idi. Ötən ay isə hər üç futbolçu Bakıya döndü. Buna səbəb isə onların işçi vizası ala bilməmələri və bu səbəbdən də "Lans"da oynamaq şanslarının olmaması idi. Stadium.az saytı xəbər verir ki, bu üç futbolçudan ikisi - Ülvi Süleymanovla Mahir Mədətov yenidən "Lans"a yollanır. Mənbənin sözlərinə görə, "Lans" triodan yalnız bu ikisinin heyətə cəlb edəcəklərini açıqlayıb. Maraqlıdır, "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun oğlu olan Valeh nə üçün "Lans"ın dəvətli siyahısında yoxdur? Bu sual maraq doğurur.

Görünən isə odur ki, "Lans"ın məşqçilər korpusu ancaq Mahirlə Ülvini komandada görmək istəyir. Bu iki gənc oyunçunun isə qarşıdakı 4 gün ərzində Lansa yollanacağı bildirilir”.

Seyidovun narazı olduğu məqam isə xəbərin içində yer alan “Maraqlıdır, "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun oğlu olan Valeh nə üçün "Lans"ın dəvətli siyahısında yoxdur? Bu sual maraq doğurur” yeri olub. Məhz bu məqama görə Yaşar müəllim redaksiyamızla əlaqə saxlayaraq məsələyə tam aydınlıq gətirdi: “Əvvəlzə diqqətinizə çatdırım ki, mənim oğlum Valeh Seyidov Azəbaycanda futbolçular arasında yeganə oyunçudur ki, yüksək balla dövlət universitetinə öz biliyi sayəsində daxil olub. Valeh futbolçu olmaqla yanaşı həm də ali təhsil alır. Oğlum Dövlət İqtisad Universitetində oxuyur. İndi onun qarşıda dövlət imtahanları var. Buna görə də Bakıda qalıb imtahanlarına hazırlaşmalı, imtahanlarını verməlidir. Məh bundan sonra Valehin “Lans”a gedib getməyəcinə baxacağıq. Hazırda isə onun “Lans”a getməməsində başqa xəbər axtarmaq lazım deyil. Buna indiki məqamda sadəcə ali təhsil alması mane olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail