"Atletiko" azərbaycanlı nazirlərə nə yollayıb? - FOTO

10.04.2014 | 3976 dəfə oxunub

Bu mövsüm İspaniya La Liqası və Çempionlar Liqasında uğurlu çıxış edən Madridin “Atletiko” klubu Azərbaycan hökumətinin nümayəndələrinə və futbol qurumlarının rəhbərlərinə üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalar göndərib. Stadium.az xəbər verir ki, “Atletiko”nun rəhbərliyi son vaxtlar komandanın gərgin təqvimdə oynamasına baxmayaraq, Azərbaycanla uğurlu əməkdaşlığa sadiqliyini və ehtiramını nümayiş etdirir. Bunun nəticəsidir ki, artıq bu gün hədiyyə olaraq, bir neçə forma ölkəmizə göndərilib” – deyə o vurğulayıb.

“Atletiko” tərəfindən formalar hər birinə bir ədəd olmaqla gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərliyi – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib.

Seyidov yaxın vaxtlarda “Bakı” klubu rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib. 2013-cü ildən başlayaraq, “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” İspaniya çempionatı və Avropa kuboklarının oyunlarına üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalarla çıxır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail