Pirlo: "Barselona"ya sürünərək gedərəm"

16.04.2014 | 3719 dəfə oxunub

Hazırda “Bavariya”nın baş məşqçisi olan Xosep Quardiola “Barselona”nı çalışdırarkən Andrea Pirlonu komandasında görmək istəyirmiş. Bu barədə Pirlo yeni işıq üzü görən avtobioqrafiyasında yazıb. “2010-cu ildə Quardiola məni kabinetinə dəvət etdi. Əlavə heç nə söyləmədən mənə dedi ki, “Barselona”da oynamağımı istəyir. O zaman futbolçusu olduğum “Milan”la danışmışdılar və klub yox cavabını vermişdi. O isə təkid edirdi. Bildirdi ki, onlara Havi, İnyesta, Buskets kimi daha bir oyunçu lazımdır və mənim dünya səviyyəli yarımmüdafiəçi olduğumu söylədi. Mən sanki iflic olmuşdum. “Barselona”ya dizi üstə sürünərək gedərdim. O zaman onlar dünyanın ən yaxşı komandası idilər. Daha nə demək olar? Kataloniyalıların göstərdiyi futbolu uzun müddət idi ki, heç kim görmürdü. Qısa ötürmələr, topa fenomenal nəzarət etmək bacarığı… Danışıqlar bir müddət davam etdi və son nəticədə “Milan” məni buraxmadı. O zaman “Milan” mənə hələ inanırdı və buraxmırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail