Luçesku "Şaxtyor"dan ayrılıb "Qalatasaray"a gələ biləcəyini açıqladı

22.04.2014 | 2710 dəfə oxunub

Ukraynada yaşanan siyasi olaylar futboldan da yan keçmədi. Stadium.az xəbər verir ki, məhz bu olaylar üzündən “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku mövsümün sonunda komandadan gedəcək. Bu barədə isə Mirça özü yaxın dostlarıyla söhbətində bildirib: Ukraynada işlər yaxşı getmir . Gələn mövsüm hansı liqada oynayacağımız belə müəyyən deyil . Bu mövsüm də Ukraynada hamı “Dnepr”i çempion etməyə çalışır. Ukraynada ümumi vəziyyətə və komandalar arasındakı oyunlara baxmırlar. Xallar eynidirsə, çempionun bəlli olacağı əlavə oyun olmalıdır. İndi isə işi son oyuna belə buraxmaq istəmirləe. Artıq prezidentdən icazə istəyib buradan ayrılmanın zamanı gəldiyini düşünürəm. Təbi ki, Türkiyəyə qayıda bilərəm. “Qalatasaray”ın prezidenti Ünal Aysalda telefon nömrəm var. Onsuz da arada-sırada söhbətlərimiz olur. Lakin bunu söyləyim ki, bir təklif almamışam. Aysal çox nəzakətli bir insandır. “Qalatasaray”ın baş məşqçisi var. O da çox hörmət etdiyim bir yoldaşımızdır.  Çox gündəmə gələrək özümə iş yeri açıram görünüşü yaratmaq istəmirəm, belə bir düşüncəm də yoxdur. Lakin həmişə deyirəm ki,  “Qalatasaray” camiyəsiylə xüsusi bağlarım var. Futbolda hər şey ola bilər. Artıq böyük danışmamağı öyrəndim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ