Böyükağa Hacıyev finala çıxmalarını şərh etdi: "Yorulmamışam, amma tükənmişəm"

24.04.2014 | 4143 dəfə oxunub


"Bu oyunu şərh etmək istəmirəm. “Neftçi” rəqibindən güclü oynadı. Qələbə qazanacağımızı gözləyirdik. İlk oyunda heç-heçə etdik, amma cavab oyununda qalib gəldik. Yaxşı oyun göstərdik, qol imkanlarından istifadə etdik, bir çox epizodlardan isə yararlana bilmədik. Rəqibə çempionatda uğurlar arzulayıram.  Mövsümü titulsuz bitirmək istəmirik". Stadium.aZ xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində "Rəvan"a qalib (3:1) gələrək finala yüksəldikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, mövsüm başa çatdıqdan sonra məşqçi karyerasını başa vura bilər: "Mövsüm sonunda cari çempionatda gördüklərim haqqında mətbuat konfransı təşkil edəcəm. Ola bilər ki, futboldan getdim. Yorulmamışam, amma tükənmişəm".

O, oyundan əvvəl futbolçusu Araz Abdullayevlə bir neçə dəfə danışdığını da söyləyib: "Ona başa saldım ki, azarkeşə reaksiya vermək lazım deyil, yetişməkdə olan futbolçu üçün bu, mənfi haldır. Bu gün Araz oyundan öncə azarkeşlərə yaxınlaşıb üzrxahlıq etdi. Məşqçi olmaqdan əlavə psixoloq olmaq lazımdır. Bura gələn dünya şöhrətli məşqçilər futbolumuzdan başa aça bilmirlər, çünki mentalitetimizi bilmirlər".

Hacıyev onu da qeyd edib ki, yerli futbolçuları çox yaxşı tanıyır: "Sumqayıt”la oyunda komanda yaxşı oynamadı, tənbeh olundular, istirahət günlərini əlindən aldım. Pis oyun taktikası yoxdur, pis ifaçılar var. Legioner məşqçilərə qarşı həssaslığım var, nəticələrim göz qabağındadır".Çalışdırıcı həmçinin Tahir Süleymanovun istefa verməyini stadiondan eşitdiyini vurğulayıb.

Son olaraq final oyunu haqda danışan B.Hacıyev deyib: “Neftçi” heç birimizə miras qalmayıb. Finalda rəqibimizin kimliyi vacib deyil, qalib gəlmək istəyirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail