"LAND OF FIRE AZERBAIJAN"la AVROPANI FƏTH EDİRİK

"Odlar Yurdu Azərbaycan" finalda

02.05.2014 | 4778 dəfə oxunub

Müasir dövrdə güclü komanda yaratmaq, onu beynəlxalq miqyasda tanıtmaq üçün dünya praktikasından yararlanmaq, dünyanın aparıcı komandaları ilə sıx əməkdaşlıq etmək həmişə öz bəhrəsini verir.

Bunun üçün "Bakı" klubu böyük uğurla  çalışmalarını davam etdirir.  Artıq Avropanın bir sıra nəhəng komandaları klubumuzla maraqlanır və onunla əməkdaşlığa böyük səylə hazır olduqlarını bildirirlər. Onlardan biri də İspaniyanın ən böyük klublarından olan "Atletiko" (Madrid) komandasıdır.

Etiraf edək ki, bu gün futbol böyük siyasətin tərkib hissəsidir. Bu idman növünün inkişafı sayəsində ölkəmizi dünyaya tanıda, təbliğ edə bilərik. Bu baxımdan Hafiz Məmmədovun rəhbərliyi altında "Bakı" klubu üzərinə düşən məsuliyyəti unutmur. "Land of fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) brendinin "Atletiko Madrid"lə (İspaniya) yanaşı, Fransanın "Lans" kimi dünya şöhrətli klublarının formalarının üzərində yazılması Azərbaycan adının dünyaya tanıdılmasına xidmət edir.

Fərəhli haldır ki, Hafiz Məmmədovun apardığı bu uğurlu siyasət artıq öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycanda oyunları böyük maraqla izlənilən "Atletiko" (Madrid) tarixi bir uğura imza ataraq UEFA Çempionlar Liqasında finala yüksəldi.

Komanda bu mövsüm qrup mərhələsini lider kimi başa vuraraq, 1/8 finala yüksəldi. İtaliya nəhəngi "Milan"a hər iki oyunun nəticəsinə əsasən  (0:1; 4:1) qalib gələrək adını 1/4 finala yazdırdı. Bu mərhələdə isə rəqib son dövrlərin ən güclüsü daha bir İspaniya təmsilçisi "Barselona" idi.  Səfərdə qeydə alınan 1:1 hesablı nəticənin ardınca doğma meydanda minimal hesablı qələbə (1:0) madridliləri yarımfinala yüksəltdi.

Artıq mövsümün əvvəlində xəyal olaraq görülən Çempionlar Liqası finalı gerçəkliyə çevrilirdi. Budəfəki rəqib isə maurinyolu "Çelsi" (İngiltərə) idi.

"Visente Kalderon"da  keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilirdi. Amma "Atletiko" səfərdə oynamasına baxmayaraq, çətin rəqibini inamlı qələbə sayəsində məğlub etməyi bacararaq finala yüksəldi - 1:3. Adrian, Dieqo Koşta və türkiyəli Arda Turanın qolları "Land of fire Azerbaijan"ı Lissabonda finala apardı.

İndi isə mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Madrid derbisini böyük həyəcanla gözləyirik. "Atletiko" və "Real" komandaları  "Eştadiu de Benfika" stadionunda Avropanın ən güclüsünün adına aydınlıq gətirəcəklər.

İnanırıq ki, "Land of fire Azerbaijan" bu dəfə də qalib gələrək bütün Avropanı fəth edəcəkdir. 

Sonda onu da qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq miqyasda nüfuzu artmaqdadır. Bunu həm daxildə, həm də xaricdə gözü götürməyən qüvvələr də var. Hafiz Məmmədovun da bu istiqamətdə apardığı böyük siyasəti, onun  Azərbaycan naminə  uğurlarını, inkişafını gözü götürməyən antiazərbaycançı şəbəkə və  erməni lobbisi bunu antitəbliğat kimi siyasiləşdirməyə, bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Uğurlar artdıqca, inkişaf sürətləndikcə bəzi beynəlxalq təşkilatlarda və media qurumlarında qərəzli informasiyaların sayı artır. Bütün günü qarayaxmalarla məşğuldurlar. Xaricdən təzyiq alətləri işə düşür, respublikamıza qarşı düşmən mövqedə dayanan, iqtisadiyyatımızın dinamik inkişafını, regionun lider, əsas söz sahibi olan dövlətinə çevrilməyimizi görmək istəməyən xarici dairələr ölkəmizə qarşı məkrli planlarını həyata keçirmək üçün müxtəlif yollar axtarırlar.

Lakin təcrübədən bilirik ki, bu cür təzyiqlər heç zaman keçərli olmayıb və bundan sonra da olmayacaq.

Elçin CƏFƏROV, "Azərbaycan" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail