
Qurban Qurbanov: "Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm"

“Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. “İnter” də çempionluğa layiq komandadır, mövsümü yaxşı keçirdilər. Kaxaber Sxadadzeni işini həmişə qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var". Stadium.az xəbər verir ki, bu sözləri çempion "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda "İnter"ə qalib (4:1) gələrək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib. Klub rəhbərliyinə təşəkkür edən gənc mütəxəssis bildirib ki, onlar komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər.
Qurbanov bu mövsüm özləri üçün mükəmməl hesab edib: "Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq”.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















10.12.2019
09.12.2019




08.12.2019













07.12.2019












06.12.2019



05.12.2019
![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Qarabağ | 14 | 9 | 4 | 1 | 24-7 | 30 | |
2. | Keşlə | 14 | 6 | 5 | 2 | 18-12 | 23 | |
3. | Neftçi | 13 | 6 | 4 | 3 | 20-11 | 22 | |
4. | Sumqayıt | 13 | 5 | 2 | 6 | 17-19 | 17 | |
5. | Zirə | 13 | 3 | 5 | 5 | 14-21 | 14 | |
6. | Sabah | 13 | 3 | 4 | 6 | 14-16 | 13 | |
7. | Səbail | 13 | 3 | 3 | 7 | 9-20 | 12 | |
8. | Qəbələ | 13 | 3 | 3 | 7 | 13-23 | 12 | |
![]() |

08.12 | Sabah | --- | Neftçi |
08.12 | Zirə | --- | Səbail |
08.12 | Sumqayıt | --- | Qəbələ |
06.12 | Qarabağ | 2-2 | Keşlə |
01.02 | Zirə | - | Sabah |
01.02 | Neftçi | - | Sumqayıt |
02.02 | Səbail | - | Qarabağ |
02.02 | Qəbələ | - | Keşlə |