Ronaldo: "Çl-nı qazanacağımıza əminəm"

11.05.2014 | 3316 dəfə oxunub

Zədə səbəbindən “Real”ın son oyunlarında komandasına istədiyi xeyri verə bilməyən Kriştianu Ronaldo ÇL-nın finalından danışıb. Stadium.az xəbər verir ki, Ronaldo finalda ''Atletiko”ya qalb gələcəklərinə əmin olduğunu bildirib: "Finalda çox yaxşı bir komanda ilə qarşılaşacağıq. Final şansı hər zaman yüzdə 50-50-dir və çox güclü bir komandaya qarşı mübarizə aparacağımızı bilirik. “Atletiko”  möhtəşəm bir komandadır və liqanın zirvəsindədirlər. Bu çox şeyi izah edir. İki İspan komandasının finalda qarşılaşacaq olması möhtəşəmdir. Bundan ötəri qürurluyam. Qol vurmaq istəyirəm, amma bunu yoldaşlarım etsə də məyus olmaram, çünki tək istədiyim qazanmaqdır. Finalı qazanacağımıza əminəm".

Ronaldo La Liqa şansları və dünya çempionatı barədə də danışıb: "Heç bir şey qeyri-mümkün deyil. La Liqa üçün mübarizə etməyi  davam etdirəcəyik və Kral Kubokunu qazanmışıq. Mənə soruşsanız mövsümə başdan başlamaq istəyərdim. Bu məni daha çox xoşbəxt edərdi. Dünya Kubokunda mənim üçün İspaniya və Braziliya favoritdir, amma hər kəs yarışın içindədir . Dünyanın ən yaxşı komandalarının iştirak etdiyi bir turnir olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail