Güvənc Kurtar: "11 nəfər tapsaq gələn tur oyuna çıxacağıq"

12.05.2014 | 4764 dəfə oxunub

Premyer Liqasının 35-ci turunda bu gün “Rəvan” səfərdə “Neftçi”yə məğlub oldu. Stadium.az xəbər verir ki, qarşılaşmadan sonra “Rəvan”ın baş məşqçisi Güvenc Kurtar matçı belə dəyərləndirib: “Son oyunlarda bəxtimiz gətirmir, bu gün də elə oldu. Oyunda Orxan Lalayev zədələndi, bizim üçün çox ciddi itkidir. Zədəli futbolçularımızın sayı çoxdur. Bu oyunda Oke Akpoveta olsa idi daha yaxşı olardı, əsl ona görə oyun idi. İkinci hissənin sonlarına yaxın bir neçə qol imkanı əldə etdik. Sürətli futbolçuya ehtyacımız var idi. Oke olsa idi mütləq qələbə qazana bilərdik. İkinci hissənin ilk 15-20 dəqiqəsində “Neftçi” üstün oynadı, bir neçə qol imkanı əldə etdi. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Ayaz qapıçını keçsə də, boş qapıya qolu vura bilmədi. Künc zərbəsindən sonra qapımızdan qol buraxdıq. “Neftçi”ni təbrik edirəm. Mübarizəmiz son turda da davam edəcək. “Bakı”nı səfərdə məğlub etmişdik. Bu dəfə öz meydanımızda qarşılaşacağıq. Heyətimizdə zədəli futbolçuların olması məni narahat edir. Qapıçımız da bu gün zədələndi. 14-15 futbolçumuz var, 11 nəfər tapsaq gələn tur oyuna çıxa bilərik. Kubok oyunlarına üstünlük vermişdik. Futbolda bir futbolçu çox şeyi dəyişə bilər. Heyətdə itkilərin olması oyunumuza təsir edir. İkinci hissədə oyunu qazana bilərdik. Hakimliyin səviyyəsini bəyənmədim. Bütün mübarizələrdə bizim əleyhimizə qərar verdi, bir neçə epizodda rəqibə sarı vərəqə göstərmədi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail