Mustafa Dənizli "Xəzər Lənkəran"ı bir-birinə vurdu

13.05.2014 | 3923 dəfə oxunub

“Xəzər Lənkəran”da baş verən hadisələr haqda demək olar hər gün yazırıq. Budəfəki məlumatımız əvəzedici heyətlə bağlıdı. Mustafa Dənizlinin «dubl»ın sükanı arxasına həmyerlilərindən birini gətirmək istədiyi barədə ötən günlərdə yazmışdıq.  Artıq məşqçilər arasında «soyuq müharibə» başlayıb. Dənizli gəldiyi gündən «qaraladığı» Elbrus Məmmədova qarşı hörmətsizlik edib. Nəinki ona, bütün komandaya qarşı. "Dubl» bazada oyuna hazırlaşan vaxt  stadiona daxil olan Dənizli Məmmədova yaxınlaşaraq, komandanı meydandan çıxarmasını tələb eləyib. Söz davasına çıxan tərəflər ətrafdakıların təkidiylə sakitləşib. Ancaq türkiyəli yenə sonda “dubl”un o istədiyi vaxtda məşq keçəcəyini  bildirib.

Əvvəllər əsas və əvəzedici heyət bir yerdə nahar edirmiş. Dənizlinin tapşırığından sonra “balacalar” yeməkxanadan uzaqlaşdırılıb. İndi onlar əsas komanda ilə yemək yemir. Türkiyələnin bu hərəkətlərinə səbrlə dözən Elbrus Məmmədov Mais Mənsimovun sözündən çıxmır. Çünki onu hələ qışdan bəri Dənizlinin təhlükəsindən qoruyan və saxlayan məhz prezidentdi.

Sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail